Azərikard fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərikard fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır

09:50 - 17 / 11 / 2023
Azərikard fəaliyyətini ölkə hüdudlarından kənara genişləndirməyi planlaşdırır

“Azərikard” MMC-nin rəhbərliyi 13-15 noyabr tarixlərində Özbəkistan Resublikasının paytaxtı Daşkənd şəhərində keçirilən “Caspian Energy Investment Forum Tashkent 2023” forumunda iştirak edib və bir sıra yerli təşkilatlar ilə görüşlər keçirib.

Özbəkistan Respublikasına səfər zamanı “Azərikard” MMC-ni Baş direktor Fərid Quliyev və Baş direktorun Biznesin inkişafı və dəstək üzrə müavini Zakir Əhmədov təmsil ediblər.

“Azərikard”-ın Baş direktoru Fərid Quliyev forumda çıxışı zamanı – təşkilatın son illərdə əldə etdiyi uğurlu nəticələr, strateji hədəflər və əsasən də şirkətin yaratdığı “TezÖdə” məhsulu haqqında forum iştirakçılarını ətraflı məlumatlandırmışdır.

Təşkilatın rəhbər heyəti Özbəkistan Respublikasının Banklar Assosiyasıyasının, İnnovasiyaların və Texnologiyaların transferi üzrə Milli ofisinin, İnnovasiyaların inkişafı üzrə Dövlət Agentliyinin, Özbəkistan İT Parkının, UZUM ekosisteminin və bir sıra kommersiya Banklarının həmçinin maliyyə-ödəniş təşkilatlarının rəhbər şəxsləri ilə görüşlər keçirmişdir.

Görüşlərdə Azərikard Prosessinq Mərkəzinin fəaliyyət sahələri barədə ətraflı məlumatlar və son illərdə dünyada nağdsız ödənişlərin artmasını nəzərə alaraq, Azərikard-ın yaratdığı yeni, innovativ “TezÖdə” məhsulu xüsusi yer almışdır. “TezÖdə” məhsulunun innovativliyi və unikallığı görüşlər keçirilən təşkilatların rəhbər şəxsləri tərəfindən böyük maraqla qarşılanmışdır.

Xüsusən “TezÖdə” məhsulunun Özbəkistan Respublikasında da istifadəyə verilməsi istiqamətində fikir mübadilələri aparılmışdır və təşkilatların rəhbərliyi tərəfindən adı çəkilən məhsulun tətbiqinə böyük maraq göstərilmişdir, həmçinin növbəti addımlar üzrə fikir mübadilələri aparılmışdır.

Özbəkistan Respublikasının bəzi Dövlət qurumları və kommersiya təşkilatları ilə əməkdaşlığın daha sıx təşkilinə dair razılıqlar əldə edilmişdir və bununla da Memorandumların və Əməkdaşlıq sazişlərinin imzalanması nəzərdə tutulmuşdur.

Reklam hüququnda

Paylaş:
348

Son xəbərlər

8 Noyabr prospekti - Zığ yolu təmir olunur02 / 12 / 2023, 18:01Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb02 / 12 / 2023, 17:50Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ02 / 12 / 2023, 17:40“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib02 / 12 / 2023, 17:30Naxçıvanda məktəblər dezinfeksiya olunur02 / 12 / 2023, 17:18Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb02 / 12 / 2023, 16:57Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO02 / 12 / 2023, 16:38Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO02 / 12 / 2023, 16:18Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib02 / 12 / 2023, 16:00Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib02 / 12 / 2023, 15:38Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib02 / 12 / 2023, 15:14Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır02 / 12 / 2023, 14:47Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib02 / 12 / 2023, 14:29Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər02 / 12 / 2023, 13:55Azərbaycan XİN BƏƏ-ni təbrik edib02 / 12 / 2023, 13:36FHN ağacəkmə aksiyası keçirib02 / 12 / 2023, 13:29İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır02 / 12 / 2023, 13:06Sabahın hava proqnozu02 / 12 / 2023, 12:45Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO02 / 12 / 2023, 12:27FHN: Ötən sutka ərzində 50 yanğına çıxış, 3 nəfər xilas edilib02 / 12 / 2023, 12:17
Bütün xəbərlər

Next TV