Bu ilin 9 ayında baş verən yol qəzalarında ölənlərin sayı açıqlanıb
2023-cü ilin yanvar-sentyabr aylarında 1204 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,4 faiz az yol-nəqliyyat hadisəsi baş verib.
1news.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindin məlumatında deyilir. Məlumata görə, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 2,2 faiz azalaraq 1661 nəfər olub. Onlardan 627-si həlak olub, 1034-ü isə yaralanıb. Hadisələrin 43,6 faizi gündüz, 39,6 faizi gecə, 16,8 faizi isə toran vaxtı baş vermiş, 29,8 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
372