MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır | 1news.az | Xəbərlər
Cəmiyyət

MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır

16:38 - 18 / 11 / 2023
MN: Ermənistan müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır

Azərbaycan Ordusunun bölmələri tərəfindən noyabrın 18-i saat 09:50 radələrində Ermənistan silahlı qüvvələrinin Dəvəli rayonu istiqamətində yerləşən mövqelərinə guya atəş açılması və nəticədə bir hərbi qulluqçunun yaralanması barədə bu ölkənin müdafiə nazirliyinin yaydığı məlumat tamamilə yalandır.

Bu barədə 1news.az-a Azərbaycan Müdafiə Nazirliyindən verilən məlumatda bildirilib.

"Qarşı tərəfin təxribat xarakterli məlumatını qəti surətdə təkzib edirik. Ermənistan müdafiə nazirliyi ordusunda mövcud olan özbaşınalıqları ört-basdır etmək məqsədilə real əsası olmayan məlumatları yaymaqda davam edir", - məlumatda vurğulanıb.

Paylaş:
319

Son xəbərlər

Bütün xəbərlər