Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

17:40 - 18 / 11 / 2023
Bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub

Balakəndə bələdiyyə sədri inzibati məsuliyyətə cəlb olunub.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib. Bildirilib ki, Balakən Rayon Polis Şöbəsinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən sanitar-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirilən tədbirlər zamanı Püştətala kəndində məişət tullantılarının qalaqlanması halları aşkar olunub.

İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsinin tələblərini pozduğu üçün həmin kəndin bələdiyyə sədri barəsində protokol tərtib olunub.

Paylaş:
429

Son xəbərlər

Brilyant qaşlar aşkar edilib

25 / 07 / 2025, 16:05

Ağdamda yanğınlar davam edir

25 / 07 / 2025, 15:43
Bütün xəbərlər