Bakı-Şamaxı yolunda qəza törədən şəxs hadisə yerindən qaçıb
Maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayınan sürücü DYP tərəfindən aşkar edilərək inzibati məsuliyyətə cəlb edilib.
BDYP-dən 1news.az-a verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunda “VAZ 21214” markalı, 90-OR-122 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünün qəza törədərək hadisə yerindən yayınması barədə vətəndaş R.Alıyev tərəfindən Baş DYP İdarəsinə müraciət daxil olmuşdur.
Vətəndaşın müraciəti əsasında Baş DYP İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində həmin nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı və sürücünün T.Təhməzov olduğu müəyyən edilmiş və o, inzibati qaydada məsuliyyətə cəlb edilmişdir.
290