İHİF Təftiş Komitəsinin sədri Könül Nurullayeva VI İslam Oyunlarına hazırlıqla tanış olub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İHİF Təftiş Komitəsinin sədri Könül Nurullayeva VI İslam Oyunlarına hazırlıqla tanış olub - FOTO

14:06 - 20 / 11 / 2023
İHİF Təftiş Komitəsinin sədri Könül Nurullayeva VI İslam Oyunlarına hazırlıqla tanış olub - FOTO

İslam Həmrəyliyi İdman Federasiyasının (İHİF) Təftiş Komitəsinin sədri Könül Nurullayevanın rəhbərliyi altında komitə üzvləri 2025-ci ildə VI İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmək üçün namizəd şəhər olan Ər-Riyadın Oyunlara hazırlıq səviyyəsinin texniki-iqtisadi qiymətləndirilməsini etmək məqsədilə 15-18 noyabr 2023-cü il tarixlərində sözügedən şəhərdə səfərdə olublar.

Səfərin əsas məqsədi şəhərin idman infrastrukturu ilə yaxından tanış olmaq, "Ər-Riyad 2025" rəsmiləri, eləcə də İHİF baş katibliyinin təmsilçiləri ilə görüşmək, ev sahibi şəhərlə imzalanacaq müqavilə, İHİF oyun standartları, akkreditasiya imtiyazları, potensial miras ambisiyaları və s. bu kimi bir sıra mühüm məsələləri müzakirə etmək olub. VI İslam Həmrəyliyi Oyunlarının Təftiş Komitəsinin üzvləri idman komplekslərinə ziyarətləri çərçivəsində Yaşıl İdman Salonu, Şahzadə Faysal bin Fahad Stadionu, Alaval Park Stadionu, Kral Səud Arenası və s. idman komplekslərinə baş çəkib, mövcud vəziyyətlə yaxından tanış olublar. İHİF Təftiş Komitəsi, həmçinin Ər-Riyad şəhərinin hazırlıqlarını dəstəkləmək üçün qarşı tərəfə ilkin təlimat və tövsiyələr təqdim edilib.

Qeyd edək ki, görüşün nəticələri ilə bağlı Təftiş Komitəsi tərəfindən məruzə hazırlanaraq, noyabr ayının sonunda İHİF-in Baş Assambleyasında Könül Nurullayeva tərəfindən 57 iştirakçı ölkənin MOK nümayəndələrinə təqdim olanacaq. Nəticəyə uyğun olaraq, İHİF ölkələri tərəfindən ev sahibliyi üçün səsvermə prosesi baş tutacaq.

Səfərin sonunda mətbuat nümayəndələrinə açıqlamasında Təftiş Komitəsinin sədri Könül Nurullayeva bildirib ki, dünya standartlarına uyğun inşa olunan komplekslərin əksəriyyətində müxtəlif idman növləri üzrə beynəlxalq səviyyəli yarışlar keçirmək mümkün olacaq. O, Ər-Riyad şəhərinin Oyunların yaddaqalan və uğurlu ev sahibliyi etmək potensialına malik olduğunu vurğulayıb. Deputat 2017-ci ildə Azərbaycanının IV İslam Həmrəylik Oyunlarına ev sahibliyini xatırladıb. Bildirib ki, 6 il əvvəl Azərbaycanın yüksək təşkilatçılığı ilə dünyaya sülh, əmin-amanlıq, birlik, həmrəylik mesajı ünvanlandı. Azərbaycan növbəti dəfə İslam dünyasına nümunəvi standartlar təqdim etdi. Beynəlxalq ictimaiyyət ölkəmizin təcrübəsində həmrəyliyi gücə çevirməyin real nümunəsini gördü. IV İslam Həmrəyliyi Oyunları öz səviyyəsi və yeni mütərəqqi standartları ilə yerli və beynəlxalq idman ictimaiyyətinin yüksək qiymətinə layiq görülüb.

Könül Nurullayeva səfər zamanı II Səudiyyə Oyunlarının Təşkilat Komitəsinin ofisini də ziyarət edib, orada çalışan və ölkəmizi beynəlxalq səviyyəli layihələrdə təmsil edən gənc həmvətənlərimizlə də görüşüb.

Paylaş:
232

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər