Bərdədə bələdiyyə sədri cərimələnib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bərdədə bələdiyyə sədri cərimələnib

17:13 - 20 / 11 / 2023
Bərdədə bələdiyyə sədri cərimələnib

Bərdə Rayon Polis Şöbəsinin DİN-in Baş İctimai Təhlükəsizlik İdarəsi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlarının sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri tədbir zamanı rayonun Nazırlı kəndi ərazisində məişət tullantılarının qalaqlanması halı aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan 1news.az-a verilən məlumata görə, eyni zamanda Göyüşlü kəndi ərazisində də analoji qayda pozuntusu aşkarlanıb. Nazırlı kənd bələdiyyə sədri və digər cavabdeh şəxs olmaqla ümumilikdə 2 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci (sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi) maddəsi ilə protokol tərtib olunub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər