Pakistan nümayəndə heyəti “ASAN xidmət”də - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Pakistan nümayəndə heyəti “ASAN xidmət”də - FOTO

Qafar Ağayev17:54 - 20 / 11 / 2023
Pakistan nümayəndə heyəti “ASAN xidmət”də - FOTO

20 noyabr 2023-cü il tarixində Pakistanın Milli İdarəçilik Kursunun iştirakçılarından ibarət nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

1news.az xəbər verir ki, qonaqlara Dövlət Agentliyinin müxtəlif fəaliyyət istiqamətləri, o cümlədən “ASAN xidmət” mərkəzləri barədə məlumat verilib. Bildirilib ki, şəffaflığın artırılması və müasir innovasiyaların tətbiqi baxımından “ASAN xidmət”in yaradılması ilə səmərəli dövlət idarəçiliyinin təmin edilməsi sahəsində ciddi nailiyyətlər əldə olunub.

Eyni zamanda Dövlət Agentliyinin 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri Mükafatına, 2019-cu ildə BMT-nin rəqəmsal idarəetmənin tətbiqi ilə dövlət xidmətlərinin inkişafı sahəsində xüsusi mükafatına və 2023-cü ildə “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçilərək xüsusi mükafata layiq görülməsi diqqətə çatdırılıb. Həmçinin “ASAN xidmət” modelinin müxtəlif ölkələrdə uğurla tətbiq olunduğu vurğulanıb.

Qonaqlar "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və “ABAD”ın fəaliyyəti ilə də yaxından tanış olublar.

Paylaş:
132

Son xəbərlər

8 Noyabr prospekti - Zığ yolu təmir olunur02 / 12 / 2023, 18:01Heydər Əliyev Sarayının direktorunun birinci müavini işdən çıxıb02 / 12 / 2023, 17:50Sərhəddə keçirilən görüş, Azərbaycana qarşı qərəz, gecikən sülhün Ermənistana təsirləri - Deputatla MÜSAHİBƏ02 / 12 / 2023, 17:40“Azərbaycanda şərab turizminin inkişaf perspektivləri” mövzusunda konfrans keçirilib02 / 12 / 2023, 17:30Naxçıvanda məktəblər dezinfeksiya olunur02 / 12 / 2023, 17:18Bakıda narkotik vasitələrin təsiri altında sərnişin avtobusu idarə edən sürücü saxlanılıb02 / 12 / 2023, 16:57Şəkidə Türkiyə vətəndaşına məxsus yük avtomobili yanıb - FOTO02 / 12 / 2023, 16:38Mədəniyyət naziri tanınmış kinorejissorun evinə gedib - FOTO02 / 12 / 2023, 16:18Əlahiddə Ümumqoşun Ordusunda avtomobil texnikalarına baxış keçirilib02 / 12 / 2023, 16:00Çexiyanın xarici işlər naziri Azərbaycanın sülh səylərini müsbət qiymətləndirib02 / 12 / 2023, 15:38Əli Əsədov BƏƏ-nin vitse-prezidentini təbrik edib02 / 12 / 2023, 15:14Qızılca ilə əlaqədar Bakı məktəblərində dezinfeksiya işləri aparılır02 / 12 / 2023, 14:47Milli Məclisin sədri Azərbaycan-Ermənistan sülh sazişinə mane olanlara çağırış edib02 / 12 / 2023, 14:29Saatlı sakinləri sənədsiz silahlarını polisə təhvil veriblər02 / 12 / 2023, 13:55Azərbaycan XİN BƏƏ-ni təbrik edib02 / 12 / 2023, 13:36FHN ağacəkmə aksiyası keçirib02 / 12 / 2023, 13:29İcma: Ermənistanın uğursuz dövlət olmasının bir səbəbi də mağara təfəkkürlü erməni diplomatiyasıdır02 / 12 / 2023, 13:06Sabahın hava proqnozu02 / 12 / 2023, 12:45Kərim Vəliyev yüksək dağlıq ərazidəki hərbi hissələrin döyüş hazırlığını yoxlayıb - FOTO - VİDEO02 / 12 / 2023, 12:27FHN: Ötən sutka ərzində 50 yanğına çıxış, 3 nəfər xilas edilib02 / 12 / 2023, 12:17
Bütün xəbərlər

Next TV