Ağdamda tunc dövrünə aid olması ehtimal edilən məişət əşyaları tapılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdamda tunc dövrünə aid olması ehtimal edilən məişət əşyaları tapılıb

13:49 - 21 / 11 / 2023
Ağdamda tunc dövrünə aid olması ehtimal edilən məişət əşyaları tapılıb

Ağdam rayonunun Quzanlı qəsəbəsində qədim dövrə aid maddi-mədəniyyət nümunələri, beş ədəd qab və çoxlu saxsı qırıntıları aşkar olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, maddi-mədəniyyət nümunələrini Ağdam şəhərindən məcburi köçkün olan Lalə Abbasova həyətində quyu qazarkən tapıb.

Ağdam Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov bildirib ki, tapıntıların tunc dövrünə aid olması ehtimal edilir.

Paylaş:
324

Son xəbərlər

Bütün xəbərlər