Dahua şirkəti Azərbycanda fəaliyyətini genişləndirir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dahua şirkəti Azərbycanda fəaliyyətini genişləndirir - FOTO

09:22 - 21 / 11 / 2023
Dahua şirkəti Azərbycanda fəaliyyətini genişləndirir - FOTO

“Dahua” şirkətinin yaradılmasından 30 il keçir.

"DAHUA TECHNOLOGY AZERBAIJAN" MMC bu il Bakı AZ101, Səbail rayonu, Nizami küçəsi 90A ünvanında yaradılan “Dahua Technology” şirkətinin Azərbaycandakı törəmə müəssisəsidir.

“Dahua Technology” intellektual müşahidə kameraları və AIoT sahəsində dünya liderlərindən biridir. “Dahua Think#" biznes strategiyasına uyğun olaraq, “Dahua Technology” fəaliyyətini iki əsas aspektə - şəhər və müəssisə sahələrinə yönəldir. Şirkət müştərilərin tələblərinə uyğun olaraq AoT və IoT intellektual rəqəmsal platformalarını kompleks şəkildə inkişaf etdirir, şəhərlərin və şirkətlərin rəqəmsal intellektual inkişafına nail olmağa çalışır və müxtəlif sahələrdə intellektual rəqəmsal transformasiyaların həyata keçirilməsinə töhfə verir.

“Dahua Azerbaijan”, yeni fəaliyyət mərhələsini təqdim etmək məqsədilə 22 sentyabr 2023 tarixində tərəfdaş gününü qeyd etdi. Tədbir zamanı tam rəngli, ağıllı ikili işıqlandırma, 5 MP HDCVI kameralar və PT kameralar kimi əsas texnologiyalar və yeni məhsullar təqdim olunub.

Tədbirdə bütün iştrakçılar «Dahua Azərbaycan» tərəfindən keçirilən həvəsləndirici müsabiqədə də iştrak etdilər. Tədbirdən sonra 3 qalib @dahua_technology_azerbaijan rəsmi Instagram səhifəsində onlayn təyin olunaraq dəyərli hədiyyələr qazandılar.

Dahua Azərbaycan, 19-21 Oktyabr tarixlərində keçirilən 11-ci Xəzər Beynəlxalq Yol İnfrastruktur və İctimai Nəqliyyat Sərgisində öz nəqliyyat həllərini təqdim etdi.

“Dahua Azərbaycan”, gələcəkdə Azərbaycan bazarına müxtəlif məhsullar və həllər təklif etməyə davam edəcək, bunlar arasında nəzarət kameraları sistemləri, intellektual nəqliyyat həlləri, ağıllı ev sistemləri, giriş nəzarəti, yanğın xəbərdarlığı kimi bir sıra sahələr yer alır. Şirkət, müşavirələrdən, layihə tərtibatından başlayaraq məhsul və həllərin təchizatı və xidməti sahəsində yüksək keyfiyyətli xidmət təmin etməyə çalışır və bu məqsədə çatmaq üçün ən son texnologiyalardan istifadə edir. Şirkətin bu yanaşması, tərəfdaşlarına uğurlu bir iş əməliyyatı təmin etmək və istifadəçi razılığını qazanmaqdır.

“Dahua Technology” şirkəti haqqında.

Şirkətin 23.000-dən çox əməkdaşı var, onların 50%-dən çoxu tədqiqat və inkişaf sahəsində çalışır. Şirkət texnoloji innovasiyalara sadiqdir və gəlirinin təxminən 10%-ni tədqiqat və inkişaf sahəsinə investisiya edir. “Dahua Technology” Çində 200-dən çox ofis və 67 törəmə şirkət, filial və nümayəndəlikdən ibarət böyük infrastruktura malikdir. Şirkət həmçinin nəqliyyat, istehsal, təhsil, pərakəndə satış, maliyyə, enerji və ekoloji təhlükəsizlik kimi əsas sahələr də daxil olmaqla 180-dən çox ölkə və regionda öz həllərini, məhsul və xidmətlərini təklif edir. AIoT sahəsində geniş biliyə və infrastruktura malik şirkət Imou, iRAYPLE, Pixfra, Waythcan, Wisualarm, Dahua Memory kimi brendlər vasitəsilə texnologiyaları inkişaf etdirir və fəaliyyətinə innovativ istiqamətlər əlavə edir.

Qiymətləndirilməyə əsasən, “Dahua” şirkəti 2022-ci ildə dünya videonəzarət avadanlığı təchizatlarının tədarükündə ikinci yeri tutub.

Daha ətraflı məlumat üçün www.dahuasecurity.com saytına daxil ola bilərsiniz.

Reklam hüququnda

Paylaş:
1660

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklar29 / 11 / 2024, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilib29 / 11 / 2024, 17:31“SAT-SAS-2024” təlimi başa çatıb29 / 11 / 2024, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilib29 / 11 / 2024, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladı29 / 11 / 2024, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZ29 / 11 / 2024, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirir29 / 11 / 2024, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıb29 / 11 / 2024, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıb29 / 11 / 2024, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlib29 / 11 / 2024, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTO29 / 11 / 2024, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsəti29 / 11 / 2024, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilib29 / 11 / 2024, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edir29 / 11 / 2024, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilir29 / 11 / 2024, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşüb29 / 11 / 2024, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölüb29 / 11 / 2024, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydı29 / 11 / 2024, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıb29 / 11 / 2024, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edir29 / 11 / 2024, 13:14
Bütün xəbərlər