Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

11:08 - 21 / 11 / 2023
Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

1news.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntelektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Bildirilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub. Sürücülərdən müəyyən olunan sürət həddinə əməl etmələri xahiş edilir.

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər