Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində olan svetoforlar niyə işləmir? - AYNA cavabladı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində olan svetoforlar niyə işləmir? - AYNA cavabladı - FOTO

Qafar Ağayev17:34 - 22 / 11 / 2023
Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində olan svetoforlar niyə işləmir? - AYNA cavabladı - FOTO

Bir müddət əvvəl paytaxtın Yasamal rayonunun Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində svetoforlar yerləşdirilmişdi.

Svetoforların yerləşdirilməsində məqsəd, piyadaların təhlükəsiz hərəkətini təmin etməkdir.

Ancaq təxmini 10 gündür ki, svetofor çalışmır. Bu da piyadaların hərəkətinə əngəl yaradır.

Bəs görəsən svetoforların svetoforların işləməməsinə səbəb nədir? Svetoforların fəaliyyəti nə zaman bərpa olunacaq? Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) 1news.az-a verilən məlumata görə, AYNA-nın əməkdaşları sözügedən ərazidə araşdırma aparıblar.

“Məlum olub ki, işıqforların işləməməsi texniki xəta ilə bağlıdır. Bu gün problem aradan qaldırılacaq və yol kəsişməsində işıqforlar işlək vəziyyətdə olacaq”.

Həmçinin oxuyun:

Cəfər Cabbarlı və Bəsti Bağırova küçələrində yeni svetoforlar fəaliyyətə başlayıb - FOTO

Paylaş:
737

Son xəbərlər

Bütün xəbərlər