Şəmkir su anbarına 200 mindən çox balıq körpəsi buraxılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəmkir su anbarına 200 mindən çox balıq körpəsi buraxılıb

Qafar Ağayev15:55 - 23 / 11 / 2023
Şəmkir su anbarına 200 mindən çox balıq körpəsi buraxılıb

Şəmkir su anbarına 200 mindən çox balıq körpəsi buraxılıb.

1news.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmilərinin, Nazirliyin yerli qurumlarının və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşlarının iştirakı ilə Şəmkir rayonu ərazisində balıq buraxılışı həyata keçirilib.

Ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Yenikənd və Şəmkir su anbarlarına ümumilikdə 200 000 ədəd çəkikimi balıq körpəsi buraxılaraq növbəti dəfə onların təbii artımına, bərpasına dəstək göstərilib.

Tədbirin davamı olaraq yaşıllıqların artırılmasına, ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə Nazirliyin və rayon icra hakimiyyətlərinin rəsmilərinin iştirakı ilə Şəmkir və Samux rayonları ərazisində ağacəkmə aksiyaları təşkil olunub, bölgənin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli ağaclar əkilib.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər