SPECA Rəhbər Şurasının 18-ci iclası keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

SPECA Rəhbər Şurasının 18-ci iclası keçirilib

Qafar Ağayev17:50 - 23 / 11 / 2023
SPECA Rəhbər Şurasının 18-ci iclası keçirilib

Bakıda SPECA həftəsi çərçivəsində Rəhbər Şuranın 18-ci iclası keçirilib.

1news.az xəbər verir ki, iclasın açılışında iqtisadiyyat naziri Mikayıl Cabbarov 32 il öncə müstəqilliyini bərpa edən Azərbaycanın həmin dövrdən başlayaraq beynəlxalq birliyin, o cümlədən BMT-nin fəal və dinamik üzvünə çevrildiyini vurğulayıb.

Bu il Azərbaycanın sədrlik etdiyi SPECA-nın önəminə toxunan nazir proqramın regionun inkişafına hərtərəfli yanaşdığını qeyd edib. Bildirilib ki, SPECA ölkələrinin okeana çıxışının olmaması onların nəqliyyat infrastrukturunun və ticarət əlaqələrinin daha da inkişaf etdirilməsinə zəmin yaradıb. Bu baxımdan, Orta Dəhlizin önəmi, Azərbaycanın dəhlizin səmərəliliyini və davamlılığını təmin edən əsas katalizator kimi rolu dəyərləndirilib. SPECA ölkələrinin ortaq dəyərləri, zəngin resursları, nəqliyyat, logistika və alternativ enerji potensialı qarşılıqlı faydalı iqtisadi-ticarət əməkdaşlığına münbit zəmin yaradır. Bu kontekstdə rəqəmsal iqtisadiyyatın inkişaf etdirilməsi də önəmlidir. Azərbaycanla SPECA ölkələri arasında ticarət artan dinamika ilə inkişaf edir, investisiya əməkdaşlığı genişlənir. Artıq Azərbaycan Özbəkistan və Qırğızıstanla birgə investisiya qurumları yaradıb. Digər üzv ölkələrlə birgə investisiya fondlarının yaradılması ikitərəfli əməkdaşlığın şaxələndirilməsinə töhfə verə bilər.

Nazir Azərbaycanın əldə etdiyi sosial-iqtisadi uğurlar barədə məlumat verib. Qeyd edilib ki, son 20 ildə ümumi daxili məhsulumuz 4 dəfə, büdcə gəlirlərimiz 30 dəfədən çox, xarici ticarət dövriyyəmiz isə 10 dəfədən çox artıb. Hazırda xarici borcumuz ÜDM-in 10%-i civarındadır. Azərbaycanın valyuta ehtiyatları xarici borcunu 10 dəfə üstələyir. Ölkədə təkcə enerji deyil, digər sektorlar üçün də əlverişli investisiya mühiti yaradılıb. Son 20 ildə ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub, bunun 190 milyard dolları qeyri-enerji sektoruna qoyulub. Bununla yanaşı, yeni mərhələdə ölkənin sosial-iqtisadi prioritetləri barədə məlumat verilib, davamlı və innovativ iqtisadi quruculuq planları və atılan addımlar qeyd edilib. Bildirilib ki, azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və yenidənqurma işləri aparılır. İndiyədək bu məqsədlər üçün dövlət büdcəsindən 7 milyard ABŞ dolları xərclənib. 2024-cü il üçün bu məqsədlə 2,4 milyard ABŞ dollarının ayrılması nəzərdə tutulur.

Qeyd olunub ki, SPECA-nın 25 illik yubileyi münasibətilə Dövlət Başçılarının SPECA Sammiti keçiriləcək və Rəhbər Şuranın 18-ci iclasında müzakirə olunan məsələlər bu kontekstdə xüsusilə vacibdir.

İqtisadiyyat naziri iclasda aparılan müzakirələr və qəbul edilən qərarların SPECA-nın gələcək dövr üçün kursunu istiqamətləndirəcəyini vurğulayıb.

İclasda Qırğızıstanın iqtisadiyyat və ticarət naziri Daniar Amangeldiyev, Tacikistanın iqtisadi inkişaf və ticarət naziri Zavki Zavkizoda, Özbəkistanın investisiya, sənaye və ticarət naziri Laziz Kudratov, Türkmənistanın maliyyə və iqtisadiyyat nazirinin müavini Begmırat Allakbayev, Qazaxıstanın milli iqtisadiyyat nazirinin müavini Abzal Abdikarimov, BMT-nin Avropa İqtisadi Komissiyasının icraçı katibi Tatyana Molçan və müavini Dmitri Mariyasin, BMT-nin Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyasının icraçı katibinin müavini Hirohito Toda, həmçinin tədbirdə müşahidəçi qismində iştirak edən Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto proqram ölkələri arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdiyini, ticarət dövriyyəsinin artdığını, region ölkələri arasında inteqrasiya prosesinin sürətləndiyini vurğulayıblar. Bununla belə, nəqliyyat-tranzit, rəqəmsal transformasiya, “yaşıl” enerji, iqlim dəyişikliyi nəticələrinin aradan qaldırılması, gender məsələləri, dayanıqlı inkişaf və s. istiqamətlər üzrə birgə təşəbbüslərin gücləndirilməsinin vacibliyi qeyd edilib.

Tədbirdə 2023-cü il SPECA İqtisadi Forumunun nəticələri, SPECA Sammitinin keçirilməsi, SPECA üzrə BMT Baş Assambleyasının qətnaməsi, SPECA Nizamnaməsi və gündəlikdə duran digər məsələlər müzakirə edilib.

İclasda 2023-cü il SPECA Rəhbər Şurasının qərarları, İqtisadi Forumunun yekun sənədi, Nizamnaməsinə dəyişikliklər qəbul edilib, Proqramın işçi qruplarının 2024-2025-ci illər üzrə iş planı təsdiq olunub. SPECA-nın növbəti sədr ölkəsi Tacikistan seçilib.

Paylaş:
339

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər