İƏT baş katibi: “Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”
“İslam Əməkdaşlıq Təşkilatının baş katibi olaraq Azərbaycanın suverenliyi ilə bağlı haqq işinə dəstək verirəm”.
1news.az xəbər verir ki, bu barədə İƏT-in baş katibi Hissein Brahim Taha İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin əmək nazirlərinin 5-ci konfransının Nazirlər Sessiyasında çıxışında deyib.
“Bu münasibətlə, Azərbaycanı təbrik edirəm” - deyə, baş katib əlavə edib.
O bildirib ki, Bakıda keçirilən bu konfrans İƏT daxilində əməkdaşlığı nəzərdən keçirmək üçün əlverişli fürsətdir.
"İşsizlik İƏT dövlətlərinin ən vacib problemlərindən biri olaraq qalır. Üzv dövlətlərimizdə işçi qüvvəsinin təhsil və təliminin əsas istiqamətə yönləndirilməsi əhəmiyyətlidir", - deyə İƏT baş katibi bildirib.
312