Bakıda və Abşeron yarımadasında güclü külək olacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda və Abşeron yarımadasında güclü külək olacaq - XƏBƏRDARLIQ

16:19 - 24 / 11 / 2023
Bakıda və Abşeron yarımadasında güclü külək olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında noyabrın 25-dən 27-si səhərədək cənub-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

1news.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

Azərbaycanın rayonlarında noyabrın 25-26-da əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Paylaş:
285

Son xəbərlər

Bütün xəbərlər