Strasburqda Şuşa haqqında kitab işıq üzü görüb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Strasburqda Şuşa haqqında kitab işıq üzü görüb - FOTO

15:20 - 25 / 11 / 2023
Strasburqda Şuşa haqqında kitab işıq üzü görüb - FOTO

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər üzrə professoru, siyasi elmlər doktoru Elçin Əhmədov və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Pommierin həmmüəllifi olduqları “Şuşa - Azərbaycanın mədəniyyət paytaxtı” adlı kitab Fransada fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evi tərəfindən fransız dilinə tərcümə edilərək nəşr olunub.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşanın zəngin maddi-mədəni, tarixi, memarlıq irsindən bəhs edən bu kitabın Strasburqda keçirilən təqdimatında Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov müəlliflərə və Strasburqda fəaliyyət göstərən “Kəpəz” nəşriyyat evinin kollektivinə təşəkkürünü bildirərək, bu nəşrin fransız oxuculara Şuşa şəhərinin Azərbaycan xalqı üçün daşıdığı misilsiz dəyərin çatdırılmasına önəmli bir töhfə verəcəyinə inamını ifadə edib. İşğal dövründə Şuşanın məruz qaldığı dağıntıları xatırladan F.İsmayılov 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun şəhəri azad etdikdən sonra həyata keçirilən bərpa və yenidənqurma işlərindən danışıb. O, fransız dilində işıq üzü görən kitabın oxucuları Azərbaycanın bu füsunkar diyarına səfərlər həyata keçirməyə təşviq edəcəyinə ümidvarlığını bildirib.

Azərbaycan ədəbiyyatının fransız oxuculara təqdim olunması sahəsində ixtisaslaşan “Kəpəz” nəşriyyat evinin prezidenti Valentin Da Fonseka Şuşa barədə kitabın çapı ilə əlaqədar rəhbərlik etdiyi kollektivin sevincini dilə gətirib və bu əsərin oxucular üçün Şuşaya, ümumiyyətlə, Azərbaycanın zəngin mədəniyyətinə açılan pəncərə rolu oynadığını söyləyib. O, yenicə çapdan çıxmış kitabın artıq Fransanın əksər kitabxanalarında, eləcə də internet vasitəsilə sifariş edilə biləcəyini vurğulayıb.

Daha sonra “Kəpəz” nəşrlərinin yaxından izləyicisi olan hüquq elmləri doktoru, vəkil Tieri Edmond kitabın mahiyyəti barədə hazırladığı xülasəni tədbir iştirakçıları ilə bölüşüb. Kitabın gözoxşayan tərtibatı və əks etdirdiyi materialların əhatəliliyini vurğulayan T.Edmond əslən Şuşadan olan Azərbaycanın çoxsaylı görkəmli şəxsiyyətləri barədə məlumatlardan və fotoşəkillərdən ibarət fəsilləri ayrıca qeyd edib. O, Şuşanı Azərbaycan tarixinin və mədəniyyətinin bir rəmzi kimi təcəssüm etdirən bu kitabın beynəlxalq aləmdə fransızdilli oxucular tərəfindən maraqla qarşılanacağına inandığını bildirib.

Paylaş:
397

Son xəbərlər

Şamaxıda narkokuryer tutuldu26 / 07 / 2024, 17:48MSK parlament seçkiləriylə əlaqədar seçki bülletenlərinə aid tələbləri təsdiqləyəcək26 / 07 / 2024, 17:40Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib26 / 07 / 2024, 17:27Qarabağ Universitetinin İqtisadiyyat fakültəsinə dekan təyin olunub26 / 07 / 2024, 17:24AZAL iki milyonuncu sərnişinini mükafatlandırdı26 / 07 / 2024, 17:08Aİ Şurası Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə təyin edib26 / 07 / 2024, 17:05PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO26 / 07 / 2024, 17:00Dördüncü “Yüksəliş” müsabiqəsinin qalibləri mükafatlandırılıb26 / 07 / 2024, 16:49Qazaxıstanla müdafiə sahəsində hərbi kəşfiyyat üzrə əməkdaşlıq haqqında saziş təsdiqləndi26 / 07 / 2024, 16:41Muğanlı-İsmayıllı-Qəbələ avtomobil yolu yenidən qurulur - FOTO26 / 07 / 2024, 16:37Şimşək, yağış, 33 dərəcə isti - Faktiki hava26 / 07 / 2024, 16:29Azərbaycanla Türkiyə arasında miqrasiya sahəsində əməkdaşlığa dair Saziş təsdiqlənib26 / 07 / 2024, 16:23İqtisadiyyat Nazirliyində qeyri-neft sənayesi üzrə fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib26 / 07 / 2024, 16:15Milli Hidrometeorologiya Xidməti gözlənilən güclü küləkli hava şəraiti və sel təhlükəsi ilə bağlı çağırış edib26 / 07 / 2024, 16:01Qatarlara minik asanlaşdı: artıq elektron şəxsiyyət vəsiqəsi də keçərlidir26 / 07 / 2024, 15:53Azərbaycanın mədəniyyət naziri Serbiyanın mədəniyyət naziri ilə görüşüb26 / 07 / 2024, 15:45Təqaüdündən yığdığı 6600 manatla tur paketi aldı, aldadıldı - Şirkət və DİN-dən reaksiya26 / 07 / 2024, 14:38SİMA-nın yeni Videozəng həlli istifadəyə verildi26 / 07 / 2024, 14:35Mərkəzi Bank “Naxçıvanbank”da hesabı olanlara müraciət etdi26 / 07 / 2024, 14:29Qaxda Kürmükçaydan sel keçir26 / 07 / 2024, 14:26
Bütün xəbərlər