Heydər Əliyev Sarayına yeni direktor təyin olunub | 1news.az | Xəbərlər
Mədəniyyət

Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

11:27 - 25 / 11 / 2023
Heydər Əliyev Sarayına yeni direktor təyin olunub

Heydər Əliyev Sarayının direktoru vəzifəsinə direktor təyinatı olub.

1news.az-ın məlumata görə, mədəniyyət naziri Adil Kərimli bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İlham Zakir oğlu Qasımov Heydər Əliyev Sarayının direktoru təyin edilib.

İlham Qasımov 1977-ci ildə anadan olub. 1998-ci ildə Azərbaycan Texniki Universitetini bitirib.

1992–1996-cı illərdə “Şən və Hazırcavablar Klubu”nun (ŞHK) üzvü olub. 1994–1995-ci illərdə ŞHK-nin universitetlərarası çempionatında qalib adını qazanıb.

İ.Qasımov 1999-2000-ci illərdə ABA TV-də (Azerbaijan Brodcasting Agency) layihə müəllifi, rejissor və aparıcı vəzifələrində çalışıb. 2000-ci ildən etibarən müxtəlif televiziya layihələri, teatral quruluşlar, konsert proqramları və reklam filmləri layihələrini həyata keçirib.

Paylaş:
906

Son xəbərlər

Bütün xəbərlər