Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb

Qafar Ağayev17:10 - 27 / 11 / 2023
Ağdaşda meşədə ağacları kəsən şəxs saxlanılıb

Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz ağackəsmə hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirib.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, keçirilən tədbirlər zamanı rayonun Ağzıbir və Yenikənd kəndləri ərazisindəki meşə massivindən yaş qovaq ağaclarının kəsilməsi müəyyən olunub.

Polis əməkdaşları tərəfindən həmin şəxs müəyyən olunub və onun barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilərək aidiyyəti üzrə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə göndərilib.

Paylaş:
386

Son xəbərlər

Bütün xəbərlər