Bu gün Füzuliyə yola salınan daha 25 ailə doğma yurduna çatıb - FOTO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün Füzuliyə yola salınan daha 25 ailə doğma yurduna çatıb - FOTO - YENİLƏNİB

15:13 - 27 / 11 / 2023
Bu gün Füzuliyə yola salınan daha 25 ailə doğma yurduna çatıb - FOTO - YENİLƏNİB

İşğaldan azad olunan Füzuliyə sakinlərin qayıdışı davam edir. Noyabrın 27-də səhər saatlarında növbəti köç karvanı ilə Bakı şəhərinin Qaradağ rayonundan yola salınan keçmiş məcburi köçkünlər Füzuliyə çatıblar.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla da daha 25 ailə (106 nəfər) doğma yurduna qovuşub. Yenidən çiçəklənən Füzuli şəhərinə çatan ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları tərəfindən böyük coşqu ilə qarşılanıblar.

Daha əvvəl Füzulidə məskunlaşan həmyerliləri ilə görüşən keçmiş məcburi köçkünlər Vətənə qovuşmağın sevincini yaşayıblar.

09:04

Füzuli şəhərinə növbəti köç karvanı yola salınıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, Abşeron rayonunda, Bakı və Sumqayıt şəhərləri ərazisindəki yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış keçmiş məcburi köçkünlərdən ibarət növbəti köç karvanı noyabrın 27-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Füzuli şəhərinə daha 25 ailə - 106 nəfər köçürülür.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda yola düşən Füzuli sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyiblər.

İndiyədək Füzuli şəhərində 308 ailənin, yəni 1106 nəfərin daimi məskunlaşması təmin edilib.

Paylaş:
587

Son xəbərlər

Bakı metrosunun enerjiyə qənaəti ilə bağlı hesabatı açıqlanacaqBu gün, 17:46Azərbaycan idmançıları Ümumdünya Köçəri Oyunlarını 7 medalla başa vurublarBu gün, 17:31Ölkə əhalisinin sayı açıqlandıBu gün, 17:20Azərbaycanda nikahların sayı azalıbBu gün, 17:17Mərkəzi Bankda “Maliyyə sabitliyinin təhlili və stres-testləşmə” təlimi keçirilibBu gün, 17:08Bakı yollarında COP29 yazılı zolaq salınırBu gün, 16:42Bu ilin yanvar-iyul ayları ərzində doğulan əkiz və üçəmlərin sayı açıqlanıbBu gün, 16:35Masallıda “KOB FEST” sərgi-satış yarmarkası keçirilir - FOTOBu gün, 16:12Cəlilabadda ətraf mühiti zibilləyənlər məsuliyyətə cəlb olunublarBu gün, 16:08Günümüzdə qəbul edilən əlifbanın əsası nə zaman qoyulub?Bu gün, 15:53Bakı metrosuna 2 yeni qatar gətirilibBu gün, 15:48Samuxda təmir sexi və avtomobil yanıbBu gün, 15:22Üzrlü səbəbdən iştirak edə bilməyən üçün təşkil olunan imtahanın nəticələri açıqlandıBu gün, 15:02Prezident “Vista Equity Partners” şirkətinin təsisçisi və icraçı direktorunu qəbul edib - YENİLƏNİBBu gün, 14:58İlham Əliyev “Gulfstream Aerospace” şirkətinin prezidentini qəbul edib - YENİLƏNİBBu gün, 14:56“SİMA İmza”nı yükləyənlərin sayı 2 milyonu ötdüBu gün, 14:51Sentyabrda “Baku Steel Art 2024” - ilk beynəlxalq metal simpoziumu keçiriləcəkBu gün, 14:40Sentyabrın ötən dövrü ərzində ölkə ərazisində müşahidə olunan hava açıqlanıbBu gün, 14:31Bakı metrosu payız-qış rejiminə keçir - TƏFƏRRÜATBu gün, 14:23Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötürBu gün, 13:52
Bütün xəbərlər