Gəncədə bacısını öldürən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Gəncədə bacısını öldürən şəxs saxlanılıb

Qafar Ağayev10:11 - 27 / 11 / 2023
Gəncədə bacısını öldürən şəxs saxlanılıb

Noyabr 27-də saat 01 radələrində Gəncə şəhər sakini 2001-ci il təvəllüdlü Pəri Allahverdi-Zadənin yaşadığı evdə ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə şəhər prokurorluğundan 1news.az-a verilən məlumata görə, araşdırmalarla 2001-ci il təvəllüdlü Əli Allahverdi-Zadənin aralarında yaranmış mübahisə zamanı Pəri Allahverdi-Zadəyə bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanıb, Əli Allahverdi-Zadə iş üzrə şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

Paylaş:
397

Son xəbərlər

Bütün xəbərlər