Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Qafar Ağayev17:50 - 28 / 11 / 2023
Azərbaycan və Özbəkistan QHT-ləri arasında Anlaşma Memorandumu imzalanıb

Noyabrın 28-də Bakıda Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə Özbəkistan Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyası arasında Qarşılıqlı Anlaşma Memorandumu, həmçinin Özbəkistan Respublikasının Ali Məclisi yanında Qeyri-hökumət qeyri-kommersiya təşkilatlarına və digər vətəndaş cəmiyyəti institutlarına dəstək üzrə İctimai Fondun vəsaitlərinin idarə edilməsi üzrə parlament komissiyası ilə Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.

1news.az xəbər verir ki, sənədləri Azərbaycan tərəfdən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva, Özbəkistan tərəfdən isə bu ölkənin Qeyri-Hökumət Qeyri-Kommersiya Təşkilatları Milli Assosiasiyasının sədri Kamoliddin İşanxojayev imzalayıb.

Memorandumların imzalanmasında məqsəd iki ölkənin qeyri-hökumət və qeyri-kommersiya təşkilatları arasında vətəndaş cəmiyyətinin inkişafı sahəsində birgə layihələrin həyata keçirilməsi, təcrübə mübadiləsi, qeyri-hökumət təşkilatları arasında təmaslara yönəlmiş tərəfdaşlıq əlaqələrinin qurulması, həmçinin iştirakçılar arasında uzunmüddətli, səmərəli və qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsidir.

Sənəd imzalandıqdan sonra tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Anlaşma memorandumu Özbəkistanın QHT-lərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində imzalanıb. Noyabrın 27-də Füzuli şəhərində ilk dəfə olaraq Azərbaycan və Özbəkistan QHT-lərinin əməkdaşlıq forumu keçirilib.

Paylaş:
302

Son xəbərlər

Gəncədə Daşkəsən sakinini öldürməkdə şübhəli bilinən şəxs saxlanılıb02 / 11 / 2024, 18:10DYP paytaxtın bəzi yollarında hərəkət istiqamətinin dəyişdirilməsi ilə bağlı sürücülərə müraciət edib02 / 11 / 2024, 17:34Sabahdan bu yollar 3 saatlıq bağlanır!02 / 11 / 2024, 17:06Bu gün SSRİ Xalq artisti Hökümə Qurbanovanın doğum günüdür02 / 11 / 2024, 16:35Yağış zamanı hasarı uçan məktəblə bağlı RƏSMİ AÇIQLAMA02 / 11 / 2024, 15:45Binəqədidə unlu və kremli qənnadı məmulatlarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb02 / 11 / 2024, 15:24Bu gün görkəmli bəstəkar Emin Sabitoğlunun doğum günüdür02 / 11 / 2024, 14:46Sumqayıtda dələduzluq edən şəxs saxlanılıb02 / 11 / 2024, 14:17Bakıda oğurluq edən 2 yeniyetmə saxlanılıb02 / 11 / 2024, 13:59Sabah yağış yağacaq - PROQNOZ02 / 11 / 2024, 13:36Bakıda mərkəzi küçədə avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət qoyulub02 / 11 / 2024, 13:13COP29-a gələnlərin sürətli keçidi, 24 saat nəzarət, narkotikləri aşkarlayan itlər – DSX-nin Sərhəd Nəzarətindən REPORTAJ02 / 11 / 2024, 12:56Ağdaşın yeni icra başçısı kollektivə təqdim edilib02 / 11 / 2024, 12:43İrandan Azərbaycana gətirilən 31 kq narkotik vasitə aşkarlanıb02 / 11 / 2024, 12:25Azərbaycan nefti cüzi bahalaşıb02 / 11 / 2024, 12:01Kürdəmirdə mağazadan 5 min manatlıq oğurluq olunub02 / 11 / 2024, 11:41FHN: Son bir ayda təhlükəli və köməksiz vəziyyətdə qalan 56 uşaq xilas edilib02 / 11 / 2024, 11:17Azərbaycan XİN Serbiyaya başsağlığı verib02 / 11 / 2024, 10:52COP29 tarixlərində nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinq keçirilib02 / 11 / 2024, 10:32İki yeniyetmə itkin düşüb02 / 11 / 2024, 10:19
Bütün xəbərlər