Şirvanda tütün məmulatlarından istifadə qaydalarını pozanlar cəzalandırılıb
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində tütün məmulatlarından istifadə qaydalarını pozulması hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, ötən gün şöbə əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətraf mühitə atan 10 nəfər müəyyən edilib.
Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əsasən protokollar tərtib olunub və onlar qanunvericiliyinə uyğun olaraq məsuliyyətə cəlb olunublar.
Bu istiqamətdə tədbirlər davam etdirilir.