Kamaləddin Qafarov: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə uğurla əməkdaşlıq edir” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə uğurla əməkdaşlıq edir”

10:25 - 28 / 11 / 2023
Kamaləddin Qafarov: “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə uğurla əməkdaşlıq edir”

“Bu il BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının (SPECA) yaradılmasının 25-ci ildönümü qeyd olunur.

Təşkilata sədrlik edən Azərbaycan bu münasibətlə SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünü keçirmək təşəbbüsü ilə çıxış etmişdir. Zirvə görüşünün keçirilməsi ilə əlaqədar Azərbaycanın təşəbbüsü Mərkəzi Asiya ölkələrinin rəhbərləri tərəfindən dəstəklənmiş və cari ilin noyabr ayının 24-də SPECA-nın ilk Sammiti Bakıda, Heydər Əliyev Mərkəzində keçirilmişdir. Məlum olduğu kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan artıq uzun müddətdir ki, bir-biriləri ilə bir sıra çoxtərəfli formatlarda uğurla əməkdaşlıq edirlər. Yeni tərkibdə keçirilən Zirvə görüşü də ölkələrimiz arasında iqtisadi əməkdaşlığın daha geniş formatda inkişafına yol açacaq.”

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin üzvü Kamaləddin Qafarov deyib.

Deputat qeyd edib ki, Azərbaycan, iştirakçısı olduğu bütün beynəlxalq təşkilatlarda olduğu kimi, SPECA-da da xüsusi fəallığı ilə seçilir: “BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı regional inkişafın sürətlənməsinə önəmli töhfələr verən təşkilatdır. Ölkə Prezidenti İlham Əliyevin dəvəti ilə Zirvə görüşündə Gürcüstanın və Macarıstanın Baş nazirlərinin, həmçinin Körfəz Əməkdaşlıq Şurasının Baş katibinin fəxri qonaq qismində iştirak etmələri SPECA-nın beynəlxalq nüfuzunun kifayət qədər yüksək olduğundan xəbər verən məqamdır. Eyni zamanda, fəxri qonaqların bu dəvəti qəbul etmələri ölkəmizin təşkilatda effektiv fəaliyyətinin nəticəsi kimi qiymətləndirilməlidir. Möhtərəm dövlət başçımız Sammitdəki çıxışında Azərbaycanın BMT Baş Assambleyasında SPECA-nın 25 illiyi ilə əlaqədar qəbul edilmiş qətnaməni alqışladığını və BMT-nin himayəsi altında təsis edilmiş SPECA Etimad Fonduna 3,5 milyon ABŞ dolları məbləğində vəsait ayıracağını bəyan etməklə ölkəmizin təşkilatda oynadığı rolun önəmini bir daha qeyd etmiş oldu.”

K. Qafarov Azərbaycanın iqtisadi uğurlarının ölkəmizin beynəlxalq mövqelərinin getdikcə möhkəmlənməsini şərtləndirən əsas amillərdən olduğunu vurğulayaraq deyib: “Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, SPECA-ya üzv dövlətlər son 25 ildə öz suverenliyini möhkəmləndirmiş, beynəlxalq aləmin dəyərli üzvü olmuş və iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkələrə çevrilmişlər. Bu ölkələrdə sülh, sabitlik, əmin-amanlıq hökm sürür, inkişaf, quruculuq prosesləri uğurla gedir. O cümlədən, Azərbaycanın güclü iqtisadiyyatı ölkəmizə müstəqil xarici siyasət kursu həyata keçirmək imkanı yaradır. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu xarici siyasət sayəsində ölkəmizdə əlverişli investisiya mühiti formalaşıb. Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox sərmayə qoyulub ki, bunun da 200 milyard ABŞ dollarına yaxını qeyri-enerji sektorunun payına düşür. Son bir neçə ildə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla ABŞ dolları həcmində sərmayə qoyub. Nəticədə ölkəmiz Avrasiyanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən önəmli nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Məlumdur ki, Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi münasibətlərində aparıcı yeri də məhz nəqliyyat və logistika sahəsi tutur. Bu gün həmin ölkələrdən Türkiyə və Avropa bazarları istiqamətində yüklərin ən etibarlı və sərfəli daşınma marşrutları Azərbaycandan keçir. Vətən müharibəsində əldə olunmuş tarixi Qələbədən sonra Azərbaycanın bu sahədə imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Buna paralel olaraq son illər Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi əlaqələrin şaxələndirilməsi istiqamətində də mühüm addımlar atılır. Sənaye əməkdaşlığı, maşınqayırma, avtomobil sənayesi, gəmiqayırma, kənd təsərrüfatı, xüsusən də pambıqçılıq, ipəkçilik, bağçılıq və heyvandarlıq sahələrində çoxsaylı layihələr həyata keçirilir. Mehmanxana işi və turizm sahəsində də önəmli sərmayə layihələri ilk icra mərhələsindədir. Bütün bunlar əlaqələrin daha da dərinləşməsinə və möhkələnməsinə xidmət edir” .

Paylaş:
294

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər