Eşqi Bağırov: “Şagirdlərin dərsdən yayınıb repetitor yanına getmələri ilə bağlı məsul şəxslər cəzalandırılıb” | 1news.az | Xəbərlər
Cəmiyyət

Eşqi Bağırov: “Şagirdlərin dərsdən yayınıb repetitor yanına getmələri ilə bağlı məsul şəxslər cəzalandırılıb”

Qafar Ağayev12:53 - 28 / 11 / 2023
Eşqi Bağırov: “Şagirdlərin dərsdən yayınıb repetitor yanına getmələri ilə bağlı məsul şəxslər cəzalandırılıb”

“Yuxarı siniflərdə şagirdlərin dərsdən yayınaraq repetitor yanına getmələri ilə bağlı ötən il bir neçə müəssisə rəhbəri və buna məsul olan şəxs cəzalandırılıb”.

1news.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov "Effektiv kommunikasiya" mövzusunda keçirilən seminarda deyib.

“Belə halların qarşısını almaq üçün yuxarı sinif şagirdlərinin kütləvi yerdəyişmə etdikləri məktəblər daim nəzarətdə saxlanılır. Dərsə davamiyyətlə bağlı aylıq əsasda bununla bağlı hesabatlar toplanılır və müvafiq tədbirlər görülür" - deyə, o bildirib.

Paylaş:
341

Son xəbərlər

Bütün xəbərlər