Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandı | 1news.az | Xəbərlər
Mədəniyyət

Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandı

Qafar Ağayev17:54 - 29 / 11 / 2023
Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistanın Gənclərlə İş Agentliyi arasında memorandum imzalandı

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb.

1news.az xəbər verir ki, Özbəkistan Gənclərlə İşlər Agentliyi “İbrət fərzəndləri” layihəsinin rəhbəri Rustam Qoriyevin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzini ziyarət edib.

Qonaqları qəbul edən Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov görüş zamanı Azərbaycan Mədəniyyət Mərkəzinin tarixi, fəaliyyəti və missiyası barədə geniş məlumat verərək Özbəkistanda Azərbaycan mədəniyyətinin, tarixinin, ədəbiyyatının təbliğinə, habelə, Azərbaycan dilinin tədrisinə böyük əhəmiyyət verdiklərini və bu sahədə onlarla əməkdaşlıq etmək istəyən təşkilatlara da dəstək olmaq üçün hazır olduqlarını bildirib.

“İbrət fərzəndləri” layihəsinin rəhbəri Rustam Qoriyev də öz növbəsində Azərbaycan Mədəniyyət Mərkəzinə ziyarətlərindən məmnunluq duyduqlarını və gələcəkdə də bir çox sahələrdə əməkdaşlığa hazır olduqlarını qeyd edib. Özbəkistan Gənclərlə İşlər Agentliyinin “İbrət fərzəndləri” layihəsi haqqında məlumat verən Rustam Qoriyev layihəyə yaxından dəstək və maraq göstərdiklərinə görə Samir Abbasova öz təşəkkürünü bildirib.

Bundan əlavə görüş zamanı Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında həmkarlıq çərçivəsində birgə tədbirlərin, yay-qış düşərgələrinin, ustad dərslərin, sərgi və yarışların, bilik olimpiadalarının, təhsil, mədəniyyət sahəsində layihələrin, ölkələrimizin gənclər siyasətinin dəstəklənməsi və s. bir çox sahədə əməkdaşlıq perspektivləri müzakirə edilib, bir çox məsələlər üzrə razılıqlar əldə olunub və Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyəti Mərkəzinin təşəbbüsü ilə Özbəkistan Gənclərlə İşlər Agentliyi arasında Azərbaycan dilinin Özbəkistanda kütləvi tədrisi sahəsində memorandum imzalanıb.

Məlumat üçün bildirək ki, Özbəkistan Gənclərlə İşlər Agentliyi “İbrət fərzəndləri” layihəsi gənclərin aparıcı əcnəbi dillərə yiyələnməsi üçün İnternetin “Youtube” səhifəsində yaradılmış böyük bir platformadır.

2022-ci ildə yaradılan novator layihə sayılan “İbrat Farzandları” layihəsi xarici dilləri pulsuz, sadə və yaradıcı şəkildə öyrətmək məqsədi daşıyır. Layihədə qısa müddət ərzində müxtəlif dillərdə biliklərə yiyələnmək istəyənlər üçün əlverişli şərait yaradılmış və hər dil üzrə Youtubda yerləşdirilmiş videolar vasitəsi ilə xüsusi proqram əsasında tədris olunur.

Qeyd edək ki, Özbəkistanda “İbrat Farzandlari” layihəsinə qısa müddət ərzində 410 mindən çox tələbə və gənc qoşulub. Hal-hazırda sözügedən tətbiqdən 354 minə yaxın gənc istifadə edir. Burada tələbələr onlayn və oflayn dərslərə qoşula bilir, eyni zamanda interaktiv şəkildə dil səviyyələrini daim yoxlaya, biliklərini möhkəmləndirə test və tapşırıqları yerinə yetirə, lüğət ehtiyatlarını da artıra bilirlər. Bu yolla proqram istifadəçinin dil biliklərinin müvafiq səviyyəsində dərslər və testlər tövsiyə edir.

Hazırda layihə çərçivəsində azərbaycan, koreya, alman, yapon, ingilis, türk, çin, rus, ispan, fransız, ərəb, fars, urdu, hind, malay, puştu dilləri də daxil olmaqla 25-dən artıq əcnəbi dil tədris olunur.

Qeyd edək ki, Azərbaycan Mədəniyyət Mərkəzi layihəyə dəstək məqsədilə tədris vəsaitləri, lüğətlər, danışıq kitabları, audio-video disklər, dil biliklərini möhkəmləndirmək üçün Azərbaycan dilində olan ədəbiyyatları “İbrat Farzandlari” layihəsinə hədiyyə edib, proqram və tədrisin təşkilinə yaxından köməklik göstərməkdədir.

Layihədə Azərbaycan dilini öyrənmək istəyənlər bu link (https://youtu.be/mB9pzSMSFhM?si=cBVm55jYw_ho2yeA) vasitəsi ilə daxil ola bilərlər.

Görüş zamanı “İbrat Farzandlari” layihəsinin rəhbəri Rustam Qoriyev Azərbaycan-Özbəkistan mədəni, ədəbi əlaqələrinin möhkəmləmndirilməsi sahəsindəki fəaliyyətinə görə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən fəxri fərmanla təltif olunub və nümayəndə heyətinə ilkin olaraq Azərbaycan dilinin tədrisi üçün dərs vəsaitləri, lüğət və danışıq kitabları, bədii ədəbiyyatlar hədiyyə edilib.

Paylaş:
493

Son xəbərlər

Bakıda evdən 7 min manatlıq qızıl-zinət əşyası oğurlayan şəxs saxlanılıbBu gün, 12:23XRİTDX istifadəçilərə ödənişsiz sandbox sistemlərinə dair xəbərdarlıq edibBu gün, 12:11Yeni təhsil proqramları əsasında təsnifata yeni ixtisasın əlavə olunması halları müəyyənləşibBu gün, 11:56Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində - FOTOBu gün, 11:49FHN qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edibBu gün, 11:33Ağsuda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıbBu gün, 11:32Ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunub - FAKTİKİ HAVABu gün, 11:14Səfirlik Hyuston şəhərində yaşayan Azərbaycan vətəndaşlarına müraciət edibBu gün, 11:09DYP atmosferin çirklənməsinin qarşısının alınması məqsədilə sürücülərə müraciət edibBu gün, 10:52Xankəndi şəhəri ərazisindən son bir həftədə 59 qumbara və 33 avtomat tapılıbBu gün, 10:40Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 10:29Beyləqanda 4 nəfərdən narkotik aşkarlanaraq götürülübBu gün, 10:17Qaxda mağaza sahibinin pulunu oğurlayan müştəri saxlanılıbBu gün, 10:06“Qarabağ üçün qalib ol!”: Qarabağ Dirçəliş Fondu və Bakı Marafon Klubu Bakı Marafonunda birlikdə iştirak edəcəklər - FOTO03 / 05 / 2024, 20:32“Dalğa – 2024” birgə taktiki təliminin yekun nəticələri təhlil edilib03 / 05 / 2024, 17:48Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin kollegiyası üzvlərinin sayı azaldılıb03 / 05 / 2024, 17:42“Bakcell” Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!03 / 05 / 2024, 17:30Kapital Bank-ın sponsorluğu ilə ölkəmiz “Türk Dövlətləri İqtisadi Forumu 2024” layihəsinə ev sahibliyi etdi03 / 05 / 2024, 17:25Valideynlərini itirən uşağı övladlığa götürən qadınların pensiyaya tez çıxmasını nəzərdə tutan qanun təsdiqləndi03 / 05 / 2024, 17:23Prezident ortamüddətli xərclər çərçivəsinin tənzimlənməsi ilə bağlı Fərman imzalayıb03 / 05 / 2024, 17:20
Bütün xəbərlər