Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI

Qafar Ağayev15:22 - 30 / 11 / 2023
Bakıda tələbləri pozan 5 dönərxanın fəaliyyəti məhdudlaşdırılıb - SİYAHI

Bakıda tələbləri pozan bir neçə dönərxananın fəaliyyəti məhdudlaşdırılıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) 1news.az-a verilən məlumata görə, qurumun Bakı Regional Bölməsinin müfəttişləri dönər satışı həyata keçirilən qida obyektlərində növbəti plandankənar yoxlamalar keçiriblər.

Bildirilib ki, paytaxtın müxtəlif ərazilərində baş tutan nəzarət tədbirləri zamanı dönərxanalarda hazırlanan dönərlərin keyfiyyət və təhlükəsizliyinin qiymətləndirilməsi həyata keçirilib. Monitorinqlər çərçivəsində götürülmüş məhsul nümunələrinin laborator analiz cavabının nəticəsi mənfi çıxan, müxtəlif bakteriya və s. uyğunsuzluq aşkarlanmış növbəti dönərxanalarda Agentliyin müfəttişləri tərəfindən plandankənar yoxlamalar aparılıb.

Yoxlama nəticəsində aşağıda adları açıqlanan iaşə obyektləri ilə bağlı tədbirlər görülüb:

- Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan-Xocəsən yolunda fəaliyyət göstərən dönərxana;

- Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 149 ünvanında fəaliyyət göstərən “Baku Dönər”;

- Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, S.Mehmandarov küçəsi, ev 17 ünvanında fəaliyyət göstərən "Lyuks Dönər”;

- Bakı şəhəri, Binəqədi rayonu, F.Məlikov küç., 7-ci mkr, ev 16G ünvanında fəaliyyət göstərən "Canım Lahmacun";

- Bakı şəhəri, Sabunçu rayonu, Zabrat ştq, X.Vəliyev küç., ev 2 ünvanında fəaliyyət göstərən "Döneritto”.

Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi barəsində inzibati tədbir görülüb, eyni zamanda, qida obyektində çiy dönər emalı və dönər kababının satışının qadağan edilməsi ilə bağlı məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub. Agentlik tərəfindən yoxlama-nəzarət tədbirləri davam etdirilir. Müvafiq araşdırmalar və aparılan monitorinqlərin növbəti nəticələri barədə ictimaiyyətə məlumatlar veriləcəkdir.

Paylaş:
222

Son xəbərlər

Dövlət başçısı Beninin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 18:07Prezident Estoniyanın yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:53“Yaşıl keçid və iqlim dəyişikliyi: COP29 ilə bağlı nəzəri və praktiki yanaşmalar” başlıqlı dəyirmi masa baş tutub14 / 10 / 2024, 17:33İlham Əliyev Qətərin yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:21Prezident Belçikanın Azərbaycandakı yeni səfirinin etimadnaməsini qəbul edib - YENİLƏNİB14 / 10 / 2024, 17:04Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?14 / 10 / 2024, 16:46IDEA İctimai Birliyi PASHA Qrupunun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib - FOTO14 / 10 / 2024, 16:14Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə yeni səlahiyyətlər verilib14 / 10 / 2024, 15:57COP29 - təhlükəsiz, inklüziv və davamlı gələcək naminə platforma14 / 10 / 2024, 15:38Kapital Bank 2024-cü ilin 3-cü rübü üzrə maliyyə nəticələrini elan edib14 / 10 / 2024, 15:35Dövlət başçısı bir sıra məhkəmələrə sədr və sədr müavinlərini təyin edib14 / 10 / 2024, 15:26Bu gün Xalq şairi Məmməd Arazın doğum günüdür14 / 10 / 2024, 15:10XİN: “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı mina terrorunu davam etdirməsinə göz yummamalıdır”14 / 10 / 2024, 14:48Azərbaycan Ordusunun döyüş təyyarələri təlim-məşq uçuşları icra edib - VİDEO14 / 10 / 2024, 14:31Sabirabad sakininin 135 min manatdan çox pulu ələ keçirilib14 / 10 / 2024, 14:03Dövlət Sərhəd Xidməti kursantlarının andiçmə mərasimi keçirilib14 / 10 / 2024, 13:40Zığ dairəsi-Hava Limanı yolunda endirilən sürət həddi əvvəlki vəziyyətinə qaytarılıb - YENİLƏNİB14 / 10 / 2024, 13:16Sabahın hava proqnozu14 / 10 / 2024, 12:41İlham Əliyev Danimarka səfirinin etimadnaməsini qəbul edib - FOTO14 / 10 / 2024, 12:38Sevinc Fətəliyeva: “Bu gün Azərbaycan Cənubi Qafqaz regionunun isə lider dövlətidir”14 / 10 / 2024, 12:12
Bütün xəbərlər