Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTO

15:50 - 30 / 11 / 2023
Parlamentin komitə sədrlərinə yeni avtomobillər verilib - FOTO

Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti avtomobillər verilib.

1news.az-ın “Report”a istinadən xəbərinə görə, artıq bir müddətdir ki, komitə sədrləri “Mercedes E 300” markalı avtomobillərdən istifadə edirlər.

Hazırda parlamentin 15 komitəsi var.

Qeyd edək ki, Milli Məclisin noyabrın 15-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Milli Məclisinin 2024-cü il üçün xərclər smetası haqqında” qərar layihəsinin müzakirəsində parlamentin İşlər müdiri Firudin Hacıyev bildirib ki, qanunverici orqanın builki xərclər smetasında nəzərdə tutulan vəsaitlər hesabına avtoparkın maddi-texniki bazasının yaxşılaşdırılması məqsədilə avtomobillər alınıb və avtopark yenilənib.

Paylaş:
414

Son xəbərlər

Bütün xəbərlər