Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Qafar Ağayev16:16 - 30 / 11 / 2023
Fuad Muradov beynəlxalq konfransın iştirakçıları ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçıları ilə görüşüb.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.aza verilən məlumata görə, görüşdə Azərbaycan tarixinə mədəni, fəlsəfi baxımdan yeni baxış bucağının ortaya qoyulmasının, türk xalqları tarixinin daha dərindən araşdırılması üçün müxtəlif ölkələrin alimlərinin və qlobal şirkətlərdə çalışan mütəxəssislərin bir araya gətirilməsinin tarixi bir addım olduğu qeyd edilib.

Prezident İlham Əliyevin Azərbaycanın həqiqi tarixinin tədqiqi, tariximizin dünya azərbaycanlıları, eləcə də Azərbaycanın dostları arasında təbliği istiqamətindəki tövsiyələri və komitənin mütəmadi olaraq bu tövsiyələrə uyğun beynəlxalq əhəmiyyətli tədbirlər təşkil etməsi barədə qonaqlara ətraflı məlumat verilib.

Konfrans iştirakçıları komitənin dəstəyi ilə belə bir beynəlxalq elmi konfransın keçirilməsini tarixi hadisə kimi qiymətləndiriblər. Bu hadisənin bütün türk dünyasının tarixinə yeni baxış bucağının ortaya qoyulması, tarixin tədqiq olunmamış səhifələri ilə bağlı araşdırmaların başlanması və qızılbaşların tarixi vətənləri olan Azərbaycanla bağlarının möhkəmlənməsinə şərait yaradacağı diqqətə çatdırılıb.

Qeyd olunub ki, “Azərbaycanda Qızılbaş irsi: tarixin izi ilə” beynəlxalq konfransının müzakirə mövzuları, panel çıxışları dünya alimlərinin diqqətini çəkə bilən və yeni maraqlı müzakirələrə meydan verən mövzulardır. Qonaqlar komitənin qızılbaş irsinin araşdırılması istiqamətində atılan addımları davam etdirəcəyini, dünya alimlərinin yenidən bir araya gətirilməsi üçün sistemli işlər görəcəyini təqdir ediblər.

Qızılbaş Qlobal İrsi Təşkilatının sədr müavini Arşi Qızılbaş konfrans iştirakçılarının, qızılbaş əsilli soydaşlarımızın tarixi vətənləri olan Azərbaycana gəlməkdən böyük məmnunluq hissi keçirdiklərini, bu səfərin dünya qızılbaşlarının Azərbaycanla əlaqələrinin möhkəmləndirilməsi və tarixi köklərinə qayıdışı istiqamətində böyük addım olacağına inamını ifadə edib.

Konfrans iştirakçıları üç il əvvəl Qızılbaş Qlobal İrsi Təşkilatının yaradılmasına, qızılbaş mövzusunun ilk dəfə və geniş elmi çərçivədə müzakirəsinə, səfər çərçivəsində Şuşada olmalarına və oradan təşkilatın bəyanatını səsləndirərək Azərbaycan həqiqətlərini dünyaya yaymaq fürsəti qazandıqlarına görə komitəyə təşəkkür ediblər.

Xatırladaq ki, konfransda Qızılbaş Qlobal İrsi Təşkilatının Pakistan, Türkiyə, ABŞ, Kanada, Birləşmiş Krallıq, Sinqapur və Əfqanıstan üzrə təmsilçiləri, Milli Məclisin deputatları, qızılbaş irsinin Azərbaycan və Türkiyədən olan tədqiqatçıları, müxtəlif dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Paylaş:
316

Son xəbərlər

Sabah yağış yağacaq - ProqnozBu gün, 12:34Bakı Fond Birjası yeni brend kimliyini təqdim edibBu gün, 12:28Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olubBu gün, 12:16Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOBu gün, 12:11İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edibBu gün, 11:52Səhiyyə Nazirliyi özəl tibb müəssisələrinə müraciət edibBu gün, 11:35FHN: Ötən sutka 6 nəfər xilas edilibBu gün, 11:29Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri başlayıbBu gün, 11:14Hərbi qulluqçular İkinci Şəhidlər xiyabanını ziyarət ediblərBu gün, 10:48Azərbaycanda Dövlət Suverenliyi Günü təsis edilibBu gün, 10:33Polisin tələbinə əməl etməyən sürücü həbs edilibBu gün, 10:31Şimşək çaxıb, leysan yağıb - FAKTİKİ HAVABu gün, 10:11Azərbaycan və Çin Orta Dəhlizlə yükdaşımaları artırmaq üçün əməkdaşlığı genişləndirirBu gün, 10:06Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri ATƏT və Avropa Şurası rəhbərlərinə açıq məktub ünvanlayıblarBu gün, 10:00“Əsrin müqaviləsi” suverenliyimizin təminatçısıdırBu gün, 09:59Tovuzda maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıbBu gün, 09:53Kamaləddin Qafarov: “Antiterror tədbirlərinin keçirilməsi Azərbaycanın legitim hüququ idi”Bu gün, 09:4919 sentyabra olan valyuta məzənnələri açıqlandıBu gün, 09:40“Nizami” metrosunun yaxınlığında sürücülər və piyadalarla bağlı təhlükəli vəziyyət aradan qaldırılıb - FOTOBu gün, 09:32Azərbaycan nefti cüzi ucuzlaşıbBu gün, 09:30
Bütün xəbərlər