Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır” | 1news.az | Xəbərlər
Cəmiyyət

Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır”

Qafar Ağayev16:44 - 30 / 11 / 2023
Nazir: “Məktəblərdə baş verən hadisələr direktorlar tərəfindən təhlil olunmalıdır”

“Uşaqlar arasında dava halları, toqquşma olub və olacaq”.

1news.az xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev media üçün keçirilən brifinqdə deyib.

“Biz bunları istəmirik, amma məktəbdə oxuyan hərbir uşaq bu hallarla üzləşir. Bunların hərbiri məktəb direktoru tərəfindən təhlil olunmalıdır. Əgər bu məsələlərdə kiminsə günahı varsa, müvafiq qayda da onu aşkarlayıb cəza düşürsə, cəzalandırmalıyıq, iltizam düşürsə iltizam tədbirləri görməliyik. Əgər günahkar şagirddirsə, o zaman valideynini çağırmalıyıq.Bunlar pedaqoji fəaliyyətin bir hissəsidir” – deyə, nazir əlavə edib.

Qafar Ağayev

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər