Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb

15:06 - 01 / 12 / 2023
Əlliyə yaxın şəxsi işə düzəltmək adı ilə aldadaraq pulunu mənimsəyən şəxs saxlanılıb

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində 3 nəfər rayon sakinini dövlət müəssisələrindən birinə sürücü kimi işə düzəltmək adı altında dələduzluq yolu ilə aldadan və müxtəlif məbləğlərdə pulunu mənimsəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan 1news.az-a verilən məlumata görə, Həmin şəxsin Bakı şəhər sakini, əvvəllər dələduzluq əməlinə görə bir neçə dəfə məhkum olunmuş Ceyhun Bədəlov olduğu müəyyən edilib. Onun müxtəlif mobil nömrələrdən vətəndaşlarla əlaqə saxlayaraq onlara saxta iş təklifləri etdiyi, daha sonra isə onlayn ödəniş sistemindən istifadə etməklə pul vəsaitlərini ələ keçirdiyi müəyyən edilib. İlkin araşdırma zamanı C.Bədəlov bu üsulla ümumilikdə Respublika ərazisində 48 vətəndaşın müxtəlif məbləğlərdə pulunu ələ keçirdiyini etiraf edib. Həmin şəxsin digər analoji əməllərinin də olması istisna edilmir.

C.Bədəlovun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə, həmçinin Lənkəran ŞRPŞ-yə məlumat vermələri xahiş olunur.

Paylaş:
252

Son xəbərlər

“Nar” sərfəli smartfon modellərini təqdim edirBu gün, 19:31Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcəkBu gün, 17:45Trendyol Bakıdakı yeni ofisi ilə beynəlxalq əhatəni genişləndirir - FOTOBu gün, 17:06Vilayət Eyvazov Gəncədə vətəndaşları qəbul edibBu gün, 16:49Bakının məşhur məktəbinə direktor təyin olunduBu gün, 16:21Ötən ay külli miqdarda narkotik dövriyyədən çıxarılıbBu gün, 15:46“Maliyyə kəşfiyyatı üçün yüksək texnologiyaların tətbiqi və məlumat mübadiləsi” mövzusunda beynəlxalq forum keçirilib - FOTOBu gün, 15:37Sabahdan temperatur enəcək, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 15:09INMerge sammiti zamanı regionda yeni vençur kapital fondu təsis edildiBu gün, 14:54Dünya bazarlarında qızıl və gümüş cüzi bahalaşıbBu gün, 13:54Bakı sakininə 14 min manatlıq dələduzluq edilibBu gün, 13:47Hərbi Prokurorluq MN-lə birgə Xocavənddə tədbir keçiribBu gün, 13:296 nəfər sərhəd pozucusu saxlanılıb - FOTOBu gün, 13:03Sabahın hava PROQNOZUBu gün, 12:44Beş ailə üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı qərar elan olunub - FOTOBu gün, 12:21İlham Əliyev Pre-COP29-un iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİBBu gün, 12:05“SİMA Token”in onlayn sifarişi mümkün olduBu gün, 11:48Bakıda yanacaqdoldurma məntəqəsinə saxta pul verməkdə şübhəli bilinən şəxs tutulubBu gün, 10:50AMB 10 oktyabra olan valyuta məzənnələrini açıqladıBu gün, 10:33Azərbaycan nefti ucuzlaşıbBu gün, 10:22
Bütün xəbərlər