“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub</p> | 1news.az | Xəbərlər
Cəmiyyət

“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub

Qafar Ağayev19:41 - 01 / 12 / 2023
“IDDA Awards” innovasiya müsabiqəsinin qalibləri elan olunub</p>

Bakıda keçirilən “InMerge İnnovasiya Sammiti” çərçivəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi “IDDA Awards” müsabiqəsinin mükafatlandırma mərasimi baş tutub.

1news.az xəbər verir ki, ekosistemin ən perspektivli innovatorlarını tanıtmaq və fəaliyyətinə dəstək olmaq, ölkə innovasiyasının inkişafında aktiv iştirak edən oyunçular arasında rəqabət mühiti yaratmaq məqsədilə keçirilən müsabiqə 13 nominasiya üzrə aparılıb.

Bakı Konqres Mərkəzində baş tutan mərasimdə ictimai səsvermə və münsiflər heyətinin dəyərləndirmələrinin nəticələrinə əsasən müvafiq nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.

“İlin Startapı” nominasiyası üzrə “Epoint”

“İlin İKT Sahibkarı” nominasiyası üzrə Zeynal Kərimzadə

“İlin Kəşfi” nominasiyası üzrə “Nexus Lab”

“Ekosistemin Lokomotivi” nominasiyası üzrə Mübariz Şahbazlı

“İlin Ekosistem Oyunçusu” nominasiyası üzrə “SABAH.HUB”

“İlin Rəqəmsal Layihəsi” nominasiyası üzrə “Ünvanlı dövlət sosial yardımı”

“İlin Texnologiya Mediası” nominasiyası üzrə “Tech.az”

“İlin Bacarıq Gücü” nominasiyası üzrə “Baku Design Academy”

“İKT-də İlin Qadını” nominasiyası üzrə Səmayə Həbibova

“İlin Texnologiya İxtiraçısı” nominasiyası üzrə Ceyhun Xəlilov

“İlin Texnologiya Tədbiri” nominasiyası üzrə “BakuID”

“İlin Texnologiya İcması” nominasiyası üzrə “FemTech”

“İlin Texnopark Rezidenti” nominasiyası üzrə “Simbrella Bakı”LLC qaliblər sıransında yer alıb.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva qaliblərə mükafatlar və xatirə hədiyyələri təqdim edib. Eyni zamanda “Azərbaycan Hava Yolları” (AZAL) tərəfindən bütün qaliblərə bir il ərzində biznes səyahətləri üçün pulsuz aviabiletlər təqdim edilib.

Qeyd edək ki, 12 sentyabrda start götürən müsabiqədə nominantlar idda.awards.az saytından qeydiyyatdan keçərək namizədliklərini irəli sürüblər. Müraciət edən 161 namizəd ictimai səsvermədə iştirak edərək toplam 31 mindən çox səs toplayıb. Bu mərhələdə ən yüksək nəticə göstərən 5 namizəd münsif dəyərləndirməsi mərhələsinə vəsiqə qazanıb. “IDDA Awards”ın münsiflər heyətinin nümayəndələri arasında Elvin Abbasov, Leyla Bağırzadə, Vüsal Xəlilov, Zaur Ünsizadə, Sanya Kumari və Leyla Hacıyeva yer alıb.

Paylaş:
454

Son xəbərlər

Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edibBu gün, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdiBu gün, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilibBu gün, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşübBu gün, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdırBu gün, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edibBu gün, 15:39Xaçmazda yol qəzası olub, ölən və yaralananlar varBu gün, 15:22Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcəkBu gün, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldıBu gün, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayırBu gün, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşübBu gün, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcəkBu gün, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdüBu gün, 13:46Tuvalulu naziri Buradakı müzakirələrin kiçik ada dövlətlərinə də ciddi təsiri varBu gün, 12:50Cümə gününün hava proqnozuBu gün, 12:24Əsassız pensiya ödənişlərinin qarşısının alınması ilə əlaqədar əldə edilən vəsaitin həcmi açıqlanıbBu gün, 11:53Şəkidə yol qəzasında xəsarət alan şəxs xəstəxanada ölübBu gün, 11:44Azərbaycanda pensiyaçıların sayı açıqlanıbBu gün, 11:44BDU THE-nin “İnterdisiplinar Elm Reytinqi”ndə dünya üzrə TOP-250-dəBu gün, 11:25Könüllü hərbi vətənpərvərlik texniki idman cəmiyyəti hava hücumundan müdafiə işlərinə cəlb edilməyəcəkBu gün, 11:24
Bütün xəbərlər