İRİA-nın əsas tərəfdaşı olduğu innovasiya sammiti öz işinə başlayıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

İRİA-nın əsas tərəfdaşı olduğu innovasiya sammiti öz işinə başlayıb - FOTO

Qafar Ağayev10:18 - 01 / 12 / 2023
İRİA-nın əsas tərəfdaşı olduğu innovasiya sammiti öz işinə başlayıb - FOTO

30 noyabr 2023-cü ildə “PASHA Holding”in təşkilatçılğı ilə “InMerge İnnovasiya Sammiti”nə start verilib.

1news.az xəbər verir ki, Ekosistemin aktiv oyunçularını, eləcə də texnologiya sahəsində fəaliyyət göstərən qlobal və prestijli şirkətləri, ekspertləri bir araya toplayan sammit ölkədə innovasiya ekosistemin qurulmasına dəstək göstərmək məqsədilə keçirilir.

Sammitin açılış nitqində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yerli innovasiya ekosisteminin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir çıxışında sammitin ekosistemin inkişafına verdiyi töhfəni və innovasiyaların insanlar və sahələr arasındakı əlaqələr vasitəsilə inkişafını xüsusi vurğulayıb. Eyni zamanda dayanıqlı innovasiya ekosisteminin formalaşması üçün sağlam infrastruktur, istedad və investisiyaların cəlbi, eləcə də rəqabətli bazarın önəminə diqqət çəkib.

2 gün davam edəcək sammitdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vörkşoplar, panel sessiyaları və stendlə təmsil olunur. İRİA-nın sədri İnarə Vəliyeva sammitin ikinci günündə “Rəqəmsal Azərbaycan” layihəsinin təqdimatını edəcək. Daha sonra “IDDA Awards” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibləri elan olunacaq.

Qeyd edək ki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sammitin əsas tərəfdaşıdır.

Paylaş:
266

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər