“İçərişəhərin həyatı” adlı fotosərginin açılışı baş tutub - FOTO
“İçərişəhərin həyatı” adlı fotosərginin açılışı baş tutub.
1news.az xəbər verir ki, 30 noyabr 2023-cü il tarixində Bakı Fotoqrafiya Evində açılan sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin (AFB) birgə təşkil etdiyi fotomüsabiqənin qaliblərinin və iştirakçılarının fotolarından ibarətdir.
“İçərişəhərin həyatı” adlı fotomüsabiqədə fotokamera və mobiloqrafiya kateqoriyaları üzrə ümumilikdə 51 nəfər iştirak edib.
Sərgilənən 36 fotodan 6-sı qaliblərə aiddir.
“Fotokamera” kateqoriyası üzrə:
I yer - Fristov Aleksandr Viktoroviç;
II yer - Cavid Həşimov;
III yer - Hikmət Sadıxov.
“Mobiloqrafiya” kateqoriyası üzrə:
I yer - Asif Mustafazadə;
II yer - İsmayıl Cəfər;
III yer - Yaqub Bəndəliyevdir.
Sərgi 8 dekabr 2023-cü il tarixinədək Bakı Fotoqrafiya Evində davam edəcək.