Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək!</p> | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək!

Qafar Ağayev00:05 - 01 / 12 / 2023
Bakı 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edəcək!</p>

BMT-nin Məskunlaşma Proqramının İcraiyyə Şurasının Keniyada keçirilən 3-cü sessiyasında 13-cü Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 2026-cı ildə Bakı şəhərində keçiriləcəyi barədə qərar elan edilib.

1news.az xəbər verir ki, BMT-nin 2001-ci ildə qəbul edilmiş müvafiq qərarına əsasən, şəhərsalma sahəsində ən mötəbər və genişmiqyaslı iştirakçılığa malik, iki ildən bir dünya şəhərlərindən birində keçirilən bu Forum sürətli urbanizasiya və onun şəhərlərin inkişafına təsirini araşdırmaq məqsədilə ən böyük qlobal platformadır.

Ümumdünya Şəhərsalma Forumunun regionumuzda ən irimiqyaslı tədbirlərdən biri olacağını əminliklə söyləmək olar. Tədbir çərçivəsində həm Azərbaycan, həm də xarici ölkələrdən maraqlı tərəflər – dövlət rəsmiləri, QHT-lər, bu sahədə fəaliyyət göstərən mütəxəssislər, ekspertlər, özəl sektorların nümayəndələri bir araya gələcək, geniş fikir mübadiləsi apararaq yeni bilik və təcrübə ilə paylaşmaq imkanını əldə edəcəklər.

Qeyd edək ki, Ümumdünya Şəhərsalma Forumu keçən il "Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək" mövzusu altında Polşanın Katovitse şəhərində (WUF11) 17 min nəfərin iştirakı ilə baş tutub. Daha öncə müxtəlif illərdə Forum Barselona, Rio-de-Janeyro, Vankuver, Əbu-Dabi, Kuala-Lumpur və bir sıra digər şəhərlərdə təşkil edilərək, bir tədbirə 23 min nəfərə qədər iştirakçı cəlb edilib. Növbəti Forum (WUF12) 2024-cü il noyabrın 4-dən 8-dək Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

Bu önəmli tədbirin 2026-cı ildə paytaxtımızda keçirilməsi Azərbaycan hökumətinin şəhərsalma sahəsində apardığı dərin islahatlar, ölkədə uğurla həyata keçirilən genişmiqyaslı layihələr və əldə edilən nailiyyətlər, habelə ölkəmizin bu sahədə qlobal gündəliyə verdiyi töhfələr sayəsində beynəlxalq nüfuzunun ən yüksək səviyyədə olmasının daha bir bariz nümunəsidir!

Paylaş:
290

Son xəbərlər

14 dekabr dekolonizasiya günü ilə bağlı Bakı Təşəbbüs Qrupu İllik Hesabat təqdim edəcək13 / 12 / 2024, 18:22Milli Məclisin 16 dekabrda keçiriləcək iclasının gündəliyi açıqlandı - SİYAHI13 / 12 / 2024, 18:06Leyla Əliyeva Kiqali Soyqırımı Memorialını ziyarət edib - FOTO13 / 12 / 2024, 17:54Yevlaxda toyda baş verən qətlə görə 20 yaşlı oğlana 18 il həbs cəzası verilib13 / 12 / 2024, 17:43Sumqayıtda fəhlə iş zamanı ölüb13 / 12 / 2024, 17:29Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib13 / 12 / 2024, 17:16Bakı-Qəbələ-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib13 / 12 / 2024, 17:05Azərbaycan-NATO hərbi əməkdaşlığı müzakirə edilib13 / 12 / 2024, 16:56Mərkəzi Bank "Bakı Sığorta"nın lisenziyasını ləğv edib13 / 12 / 2024, 16:35İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiqləyib13 / 12 / 2024, 16:31Tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimələr artırıldı13 / 12 / 2024, 16:28Leyla Əliyeva Ruanda Prezidenti ilə görüşüb13 / 12 / 2024, 16:27ETSN sözçüsü: hava xəbərdarlıqları baş verə biləcək təhlükələrdən qorunmaq üçündür13 / 12 / 2024, 16:25Azərbaycanın İrandakı Səfirliyinin konsulluq xidməti fəaliyyətini bərpa edir13 / 12 / 2024, 16:21Bakıda 4 marşrutun hərəkət sxemi dəyişiklik, yeni marşrut xətti istifadəyə verilir13 / 12 / 2024, 16:09Fransaya yeni Baş nazir təyin edildi13 / 12 / 2024, 16:07Köç karvanı Xocalının Ballıca kəndinə çatıb - FOTO - YENİLƏNİB13 / 12 / 2024, 15:56Sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydası dəyişir13 / 12 / 2024, 15:27Hərbi xidmətdən boyun qaçıran şəxsin ölkədən getmək hüququ məhdudlaşdırılacaq13 / 12 / 2024, 15:26Çağırışçılarla bağlı yeni cərimələr müəyyənləşir13 / 12 / 2024, 15:23
Bütün xəbərlər