Şimşək çaxacaq, qar yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Şimşək çaxacaq, qar yağacaq - XƏBƏRDARLIQ

14:55 - 04 / 12 / 2023
Şimşək çaxacaq, qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 5-i səhərdən 6-dək şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-28 m/s, gündüz yarımadanın bəzi yerlərində arabir 30-32 m/s-dək güclənəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, dekabrın 6-sı axşamdan 7-si axşamadək arabir yağış yağacağı, 7-də yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında dekabrın 5-i axşamdan 6-sı gündüzədək əsasən şərq rayonlarında, 6-sı axşamdan 7-si axşamadək isə əksər rayonlarda arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Dekabrın 5-dən 6-sı səhərədək qərb küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s-dək güclənəcəyi gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-8 dərəcə aşağı enəcək.

Paylaş:
371

Son xəbərlər

Kəlbəcər istiqamətində mövqelərimiz yenidən atəşə tutulubBu gün, 16:12Xocalı itkinləri mövzusunda çəkilmiş “13” adlı bədii-sənədli filmin təqdimatı olubBu gün, 16:09Dohada Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində qala-konsert olubBu gün, 15:57Ramazan bayramı ilə əlaqədar iş və istirahət günlərinin yerləri dəyişdirilibBu gün, 14:48Ombudsman Xocalı soyqırımının törədildiyi ərazidən dünyaya səsləndi - VİDEOBu gün, 14:35Hadruta 30 il əvvəl götürdüyü gəlinciklə qayıtdı...Bu gün, 14:30Akif Əli Zadə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilibBu gün, 14:03Xüsusi təyinatlılar şərti düşmənin yerləşdiyi yüksəkliyə basqın tapşırığını yerinə yetiriblər - VİDEOBu gün, 13:48Türkiyə-Azərbaycan Universiteti ilə bağlı yeni detallar açıqlanıbBu gün, 13:26Hərbi vəzifəlilər atəşin aparılması üzrə tapşırıqları icra ediblər - FOTOBu gün, 12:52Laçın hava limanından yeni görüntülər - VİDEOBu gün, 12:43MN-dəki 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə: “70 faizini vermişəm, 30 faizi mənə qalıb”Bu gün, 12:30Bazar günü hava necə olacaq? - ProqnozBu gün, 12:19“Qəbələ”nin baş məşqçisi istefa veribBu gün, 12:10İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri saxlanılıbBu gün, 11:55Azad olunan ərazilərdə indiyədək aşkarlanan kütləvi məzarlıqların sayı açıqlandıBu gün, 11:4214 dərəcəyədək şaxta olub - FAKTİKİ HAVABu gün, 11:22Zakir Həsənov müşavirə keçirib, bölmələrin döyüş hazırlığının yüksəldilməsini tapşırıbBu gün, 11:22Naxçıvanda hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıbBu gün, 10:49Son zamanlar piyada vurulması ilə nəticələnən qəzaların sayı artıb - DYPBu gün, 10:42
Bütün xəbərlər