“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub! - FOTO

10:30 - 04 / 12 / 2023
“PAŞA Holding”in təşkilatçılığı ilə “InMerge İnnovasiya Sammiti”nin ikinci günü baş tutub! - FOTO

1 dekabr “InMerge İnnovasiya Sammiti”nin ikinci və son günü baş tutub.

Tədbirin açılışını “Tesla” şirkətinin qurucu ortaqlarından JB Straubel edib. O, təqdimatında Elon Musk ilə olan tanışlığından danışıb, eləcə də “Tesla” şirkətinin ilk günlərindən bu günə kimi olan hekayəni iştirakçılarla bölüşüb.

Bir daha qeyd edək ki, “PAŞA Holding”in təşkilatçılığı ilə bşa tutan sammit aparıcı şəxsləri və şirkətləri, eləcə də innovasiya yönümlü startapları Bakıda bir yerə toplamaq, onlar üçün peşəkar müzakirələr, fikir və təcrübə mübadiləsi imkanı yaratmaq, beləcə, Azərbaycanda və regionda innovasiya ekosisteminin formalaşmasını dəstəkləmək məqsədini daşıyır.

JB Straubel çıxışından sonra “Trendyol” şirkətlər qrupunun CEO-su Erdem İnan, “PAŞA Holdinq”in icraçı direktorunun müavini Fərid Məmmədov, “Shazam”ın qurucusu Chris Barton və “Uzum” şirkətinin COO-su Roman Lavrentev ilə səhnədə ağıllı ekosistemlərin gələcəyi haqqında müzakirələr edib. Chris Barton isə “Shazam”ı necə qurduğundan və digərlərinin də bu uğuru necə əldə edə biləcəyindən danışıb.

Bunlarla yanaşı, rəqəmsallaşma və elektron ticarət mövzusunda diskussiyalar və vörkşoplar keçirilib. Regionun müxtəlif ölkələrindən startaplar da öz ideyalarını təqdim ediblər. Tədbirin sonlarına doğru İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi startaplara mükafatlarını təqdim ediblər. “INBattle” startap müsabiqəsinin qalib startapı isə “PAŞA Holding”dən 15 min dollar dəyərində mükafat qazanıb.

Beləcə, Azərbaycan və region üçün böyük əhəmiyyət kəsb edən “InMerge İnnovasiya Sammiti 3000 nəfərdən çox şəxsin iştirakı ilə başa çatdı.

Reklam hüququnda

Paylaş:
348

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər