Bakıda İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir - FOTO

12:41 - 04 / 12 / 2023
Bakıda İƏT-in turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü keçirilir - FOTO

4-5 dekabr tarixlərində Bakıda Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyi və İqtisadi Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə “İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin turizm üzrə təhsil müəssisələrinin 1-ci görüşü” keçirilir.

1news.az xəbər verir ki, görüşdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan, İran və Pakistan daxil olmaqla təşkilatın 9 üzv ölkəsindən rəsmi dövlət nümayəndələri və turizm təhsili müəssisələrinin təmsilçiləri, həmçinin BMT-nin Ümumdünya Turizm Təşkilatının nümayəndələri iştirak edir.

Tədbirdə çıxış edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev insan resursları və keyfiyyətli kadr potensialının turizmin inkişafına təsir edən ən mühüm amillərdən biri olduğunu, turizm təhsilinin əsas məqsədinin də turizmin bütün alt sahələri üçün lazımi bilik və bacarıqlara malik insan kapitalını təmin etmək olduğunu qeyd edib. O bildirib ki, hazırda Azərbaycanda turizm sahəsində on minlərlə insanın çalışır, bununla belə sənayenin daimi inkişafını nəzərə alaraq, turizm sektorunda yüksək ixtisaslı, yaxşı təlim keçmiş və bacarıqlı kadrlara hər zaman tələbat var. Fuad Nağıyev çıxışında azad edilmiş torpaqlarımızda cənab Prezidentin sərəncamı ilə yaradılacaq “Qarabağ Universiteti”ndə turizmlə də bağlı ixtisasların da nəzərdə tutulacağını qeyd edib.

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Katibi Xusrav Noziri çıxışında regional turizmin inkişafı üçün turizm təhsili üzrə əməkdaşlığın vacib olduğunu, bu baxımdan təşkilatın turizm üzrə təhsil müəssisələrinin birinci görüşünün əlamətdar hadisə olduğunu qeyd edib. O həmçinin son illərdə Azərbaycanda turizm sahəsində görülən işlər və mövcud zəngin potensialını vurğulayaraq cari ilin oktyabr ayında Ərdəbildə keçirilən təşkilatın Yüksək Vəzifəli Turizm Ekspertlərinin 7-ci görüşü və Turizm Nazirlərinin 5-ci iclasında Şuşanın turizm paytaxtı seçildiyini xatırladıb.

Tədbir çərçivəsində DTA sədri Fuad Nağıyev və İƏT-in baş katibi Xusrav Noziri arasında ikitərəfli görüş də keçirilib.

Tədbirdə “Dövlət, Təhsil və Sənayenin Əlaqələndirilməsi: turizm təhsilində ən yaxşı təcrübələr”, "Kurrikulum tərtibatı: gələcək tələbat üçün turizm təhsilinin yaxşılaşdırılması”, “İnnovasiya və Texnologiya: turizm təhsilində yeni trendlər” mövzusunda panel müzakirələr keçiriləcək və turizm təhsili verən ali təhsil müəssisələrinin təqdimatları nümayiş etdiriləcək.

Paylaş:
258

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər