“Chenot Palace Gabala”-ın “The Club Port Baku”-da möhtəşəm təqdimat gecəsi keçirilmişdir - FOTO
Noyabrın 30-da The Club Port Baku-da Chenot Palace Gabala-ın təqdimat gecəsi keçirilmişdir.
Təqdimat gecəsini Chenot Palace-ın Baş Meneceri Rişad Şərifov açıq elan edib. Ümumi konsept, Şeno unikallığı barədə öz fikirlərini paylaşdıqdan sonra, sağlamlıq mərkəzinin Baş Həkimi Səidə Rəsulova Şeno Metodu, proqramlar və prosedurlar barədə ətraflı məlumat vermişdir. Daha sonra Chenot Palace-ın Satış və Marketinq üzrə Direktoru Fərid Abbasov ümumi mərkəz barədə təqdimata davam etmiş, qonaqlarla ətraflı olaraq ən son yenilikləri əhatə edən məlumatları paylaşıb.
Təqdimat gecəsində həmçinin qonaqlara sağlamlıq mərkəzinin Baş Aşpazı Ramiz Bayramovun başçılığı ilə Şeno Pəhrizi əsasında hazırlanan yeməklər təqdim edilmişdir. Eyni zamanda Chenot Palace-ın Sağlam Həyat Tərzinin idarə edilməsi üzrə təlimçisi Dafermos Emmanouil qonaqlara Rezonans Analiz Texnologiyası vasitəsilə orqanizmin əsas həyati funksiyalarının müasir, yüksək texnologiyalı bioenerji skrininqi müayinəsini göstərmişdir. Skrininq nəticəsində daxili orqanların energetik vəziyyəti və bədənin müəyyən sağlamlıq göstəriciləri ilə bağlı olan funksiyaları haqqında məlumat əldə edilir. Adətən qonağın ehtiyacları haqqında məlumat əldə edilərək orqanizmin enerji balansını bərpa etmək üçün effektiv təsirə malik fərdi müalicə planı hazırlanır ki, bu müalicə planı Chenot Palace Gabala-da yüksək ixtisaslı heyət tərəfindən həyata keçirilir.
26 hektarlıq nəhəng park: Nohur gölü, hovuzlardan ibarət gözəl mənzərə təqdim edir. Qəbələ mənzərəsinin bəxş etdiyi rahatlıq hissi insanları gəzintilərə çıxmaq və qaçış kimi fiziki hərəkətlər etməyə həvəsləndirərək həyat enerjilərini artırmağa sövq edir. Açıq hovuz mükəmməl bir rahatlıq ab-havası yaradır.
Bundan əlavə, 6000 kvadratmetr ərazini əhatə edən tibb mərkəzi ən qabaqcıl diaqnostik üsullara, müalicə və spa prosedurlarına malik ən müasir avadanlıqlara malikdir.
Hər bir pəncərə, eyvan və terrasdan açılan zərif və heyranedici görünüş bizim 72 otaq və şəxsi SPA mərkəzi olan 3 villanın xarici və daxili sahəsini birləşdirir.
Dövrümüzdə dəbdəbənin əsas mahiyyətinin fiziki və zehni gümrahlıq ilə əlaqəsi var, və bizim həyatımızın keyfiyyətini və orqanizmimizin funksionallığını uzunmüddətli bərpa etmək imkanımız var. Buna görə də, öz gümrahlığının qayğısına qalan və sağlamlığını uzunmüddətli yaxşılaşdırmaq istəyən hər bir kəs ideal istirahət və gəncləşmənin mükəmməl harmoniyasını təmin edən Chenot Palace Gabala otelinə güvənə bilər.
Ətraflı məlumat üçün:
Mob: +994 50 290 28 78
Email: [email protected]
Web: www.chenotpalacegabala.com
Reklam hüququnda