Bakıda keçiddən keçməyən piyadanı maşın vurub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda keçiddən keçməyən piyadanı maşın vurub

15:42 - 05 / 12 / 2023
Bakıda keçiddən keçməyən piyadanı maşın vurub

Bu gün günorta saatlarında Bakının Xətai rayonu, "8 Noyabr" prospektində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Bu barədə 1news.az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edilib ki, yolun hər iki tərəfində yerüstü piyada keçidi olmasına baxmayaraq, yolun hərəkət hissəsindən keçən piyadanı avtomobil vurub.

NİİM-in müşahidə kameralarının qeydə aldığı görüntülərdən məlum olur ki, bir çox piyadalar bu yolda olan yerüstü piyada keçidlərindən istifadə etməyib həyatlarını təhlükəyə atırlar.

Paylaş:
272

Son xəbərlər

Bütün xəbərlər