Yağış intensiv olacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış intensiv olacaq - XƏBƏRDARLIQ

17:36 - 06 / 12 / 2023
Yağış intensiv olacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında dekabrın 7-də arabir yağış yağacağı gözlənilir, yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında dekabrın 7-si axşamadək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Ayrı-ayrı yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Qərb küləyi bəzi yerlərdə arabir 15-20 m/s-dək güclənəcək.

Paylaş:
214

Son xəbərlər

Bütün xəbərlər