Samuxda yol kənarında silah-sursat aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda yol kənarında silah-sursat aşkarlanıb

09:13 - 06 / 12 / 2023
Samuxda yol kənarında silah-sursat aşkarlanıb

Samux Rayon Polis Şöbəsinə rayonun Kolayır kəndində yol kənarında silah-sursat olması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan 1news.az-a verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib.

Sözügedən əraziyə baxış keçirilən zaman oradan 1 ədəd "Kalaşnikov" markalı avtomat, həmin silaha aid 1 ədəd daraq, 9 ədəd 7.62 mm-lik patron və bir ədəd 16 kalibirli, qundağı və lüləsi kəsilmiş ov tüfəngi aşkarlanıb.

Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş:
191

Son xəbərlər

Azərbaycan nefti ucuzlaşıb

26 / 07 / 2025, 13:22
Bütün xəbərlər