Sumqayıtda evlərdən 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Sumqayıtda evlərdən 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Qafar Ağayev10:04 - 06 / 12 / 2023
Sumqayıtda evlərdən 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

Sumqayıtda evlərdən oğurluq edən şəxslər saxlanılıb.

DİN-dən 1news.az-a verilən xəbərə görə, Sumqayıt ŞPİ 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə 9-cu mikrorayon ərazisində müxtəlif vaxtlarda iki evdən ümumilikdə 10.500 manat pul və eyni məbləğdə qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri S.Orucov, əvvəllər məhkum olunmuşlar T.Hacıyev və R.İsmayılov müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Paylaş:
230

Son xəbərlər

Bütün xəbərlər