Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub - FOTO

Qafar Ağayev10:31 - 06 / 12 / 2023
Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub - FOTO

Bakı dekabrın 5-dən 8-dək Azərbaycan Avtomobil Federasiyasının baş tərəfdaşlığı ilə Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclaslarına və avtomobil idmanı sahəsində il yekununun ən mötəbər tədbirlərindən olan FIA Mükafatlandırma mərasiminə (FIA Prize-Giving Ceremony) ev sahibliyi edir.

1news.az xəbər verir ki, bununla bağlı olaraq Heydər Əliyev Mərkəzində FIA həftəsi qonaqlarının qarşılanma tədbiri təşkil olunub. 128 ölkədən nümayəndə və avtomobil klublarının təmsilçiləri, o cümlədən FIA prezidenti Mohammed Ben Sulayem, FIA rəsmiləri paytaxtımıza gəlib.

FIA həftəsi qonaqlarının qarşılanma tədbirində çıxış edən Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətindən bəhs edib. FIA və Azərbaycan Avtomobil Federasiyası komandasının qonaqların hər birinin özünü evdəki kimi hiss etmək üçün çalışdığını deyən Federasiya prezidenti qonaqların ölkəmizdən müsbət təəssüratlarla ayrılacağına əminliyini ifadə edib.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov son illər ölkəmizdə avtomobil idmanının sürətlə inkişaf etdiyini söyləyib, Azərbaycan Avtomobil Federasiyasının rəhbərliyinə görülən işlərə görə minnətdarlığını bildirib. O, son illər ərzində Federasiyanın öz fəaliyyətini genişləndirdiyini, nəticədə cəmiyyətdə bu idman növünə marağın artdığını qeyd edib.

FIA prezidenti Mohammed Ben Sulayem çıxışında Azərbaycan Avtomobil Federasiyasına, Azərbaycan hökumətinə bu tədbirə ev sahibliyi etdiyi üçün təşəkkür edib, bütün dünyaya ölkə mədəniyyətini Formula 1 və digər tədbirlərlə göstərməklə daha gözəl nəticələrin əldə olunacağını qeyd edib.

Bakıda ilk dəfə təşkil olunan FIA Baş Assambleyasının iclası ilə yanaşı, FIA Fondu (FIA Foundation) və avtomobil klublarının maraqlarını təmsil edən Beynəlxalq Turizm Alyansının (AIT) Baş Assambleyalarının iclasları da keçirilir. Həmçinin mükafatlandırma mərasimi çərçivəsində FIA pilotları da Bakıya səfər edəcək.

Beynəlxalq Avtomobil Federasiyası (FIA) Baş Assambleyalarının iclasları və FIA Mükafatlandırma mərasiminin paytaxtımızda keçirilməsi ilə bağlı qərar ötən ilin dekabrında FIA Baş Assambleyasının İtaliyanın Bolonya şəhərindəki iclasında qəbul olunub. Avtomobil idmanı sahəsində belə miqyaslı beynəlxalq tədbiri qəbul etmək uğrunda bir neçə ölkə, o cümlədən Azərbaycan mübarizə aparıb. Səsvermə nəticəsində müraciət edən ölkələr arasından Azərbaycanın namizədliyi təsdiq edilib. Hər il fərqli ölkələrdə keçirilən bu tədbirin məqsədi avtomobil idmanı və sənayesi sahəsində müxtəlif mövzuları müzakirə etməkdir.

Heydər Əliyev Mərkəzi Beynəlxalq Avtomobil Federasiyasının (FIA) tədbirlərinin əsas məkanlarından biridir. FIA Baş Assambleyasının yekun iclası dekabrın 8-də, 2023-cü ildə avtomobil idmanı üzrə müxtəlif çempionatların qalib avtomobillərinin sərgisi isə dekabrın 6-da məhz Heydər Əliyev Mərkəzində təşkil ediləcək.

Heydər Əliyev Mərkəzinin foyesində isə bu günlər Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə cəlbedici xarici görünüşü, öz dövrünün unikal texniki göstəriciləri ilə fərqlənən klassik və idman avtomobilləri sərgilənir. Bunlar “Lamborghini Huracan Sterrato”, “Legends Car” (Ford Coupe 34), “Ferrari SF90 Stradale”, “The Model T Ford Snowmobile”, “Auburn Speedster 866”, “Cadillac Model M”, “Packard 645 Dual Cowl Phaeton” avtomobilləridir.

Dekabrın 8-də isə Bakı Konqres Mərkəzində FIA Mükakatlandırma mərasimi (FIA Prize-Giving Ceremony) keçiriləcək və bu mərasimdə avtomobil idmanı sahəsində müxtəlif nominasiyalarda mükafatlar təqdim ediləcək.

Paylaş:
124

Son xəbərlər

Xırdalan 0.0 Bakı Marafonunun Alkoqolsuz tərəfdaşıdır - FOTOBu gün, 17:51ABŞ səfiri: Füzulidə dağıntıların miqyasını, eyni zamanda yenidənqurma işlərini görəndə çox təsirləndikBu gün, 17:39Bakı dünyanın “İdman Paytaxtı” seçilibBu gün, 17:23Mədəniyyət naziri Qubada vətəndaşları qəbul edibBu gün, 17:21DSX rəisi Böyük Britaniyanın Kralı ilə atların yarışını izlədi - FOTOBu gün, 17:12Sevinc Fətəliyeva: Bu gün Azərbaycan, sözün əsl mənasında, sabitlik adası kimi xarakterizə olunurBu gün, 17:00Nazir Avropa çempionatında qızıl medal qazanan şahmatçını qəbul edib - FOTOBu gün, 16:49SABAH.school-un yaratdığı özəl fürsəti qacırmayın!Bu gün, 16:45Rezidenturaya qəbulun nəticələri açıqlanıbBu gün, 16:43Zamanın obyektivində BAM: magistralın 50 illiyinə və Heydər Əliyevin misilsiz xidmətlərinə həsr olunmuş sərgiBu gün, 16:12ABŞ səfiri: Şuşada olduğuma görə xoşbəxtəmBu gün, 15:46Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu aşkarlanıbBu gün, 15:42Azərbaycanın turizm imkanları Dubayda sərgilənir - FOTOBu gün, 15:37Unibank kredit faizini aşağı saldı, kredit məbləğini və müddəti artırdı!Bu gün, 15:35Lənkəranda saxta uduşlu lotoreya dələduzluğu edən şəxs saxlanılıbBu gün, 15:24Hərbi vəzifəlilərin təlim toplanışı davam edir - VİDEOBu gün, 15:12İstehsal ilə məşğul olan sahibkarlara dəstək – KOB Model MüəssisəsiBu gün, 15:06AZAL bu yay 60-a yaxın istiqamətdə uçacaqBu gün, 14:46Qubadlıda sümük fraqmenti aşkarlanıbBu gün, 14:39ABŞ-nin Azərbaycandakı səfiri Şuşada Aydın Kərimovla görüşübBu gün, 14:31
Bütün xəbərlər