Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılır | 1news.az | Xəbərlər
Cəmiyyət

Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılır

Qafar Ağayev13:46 - 07 / 12 / 2023
Horadizdə traktorun minaya düşməsi ilə bağlı araşdırma aparılır

Baş Prokurorluq Füzuli rayonu Horadiz kəndi ərazisində mina partlayışı ilə bağlı araşdırma aparır.

1news.az-a qurumdan daxil olan məlumata əsasən, dekabrın 7-si saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsərrüfat işləri aparan zaman traktorun minaya düşməsi nəticəsində 1994-cü il təvəllüdlü Zamin Həsənlinin xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, digər zəruri istintaq hərəkətləri aparılıb.

Hazırda faktla bağlı Füzuli rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
225

Son xəbərlər

Bütün xəbərlər