Əli Əsədov Böyük Britaniya Dövlət katibinin müavini ilə ikitərəfli əlaqələri müzakirə edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Əli Əsədov Böyük Britaniya Dövlət katibinin müavini ilə ikitərəfli əlaqələri müzakirə edib

17:04 - 07 / 12 / 2023
Əli Əsədov Böyük Britaniya Dövlət katibinin müavini ilə ikitərəfli əlaqələri müzakirə edib

Azərbaycanın Baş naziri Əli Əsədov dekabrın 7-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Dövlət katibinin parlament üzrə müavini, Biznes və Ticarət Departamentində ixracat naziri Lord Offordla görüşüb.

Nazirlər Kabinetindən 1news.az-a bildirilib ki, görüşdə Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli münasibətlərin uğurla inkişaf etdiyi qeyd olunub.

Dövlətlərarası münasibətlərin gündəliyinin çox geniş olduğu bildirilərək iqtisadi-ticari əməkdaşlığın dinamikasından məmnunluq ifadə edilib.

Bildirilib ki, 2022-ci ildə ticarət dövriyyəsinin həcmi 55%-dən çox artaraq 1 milyard ABŞ dollarını üstələyib. Bununla yanaşı, ticarət əlaqələrinin genişləndirilməsi və şaxələndirilməsi üçün yaxşı imkanların mövcud olduğu diqqətə çatdırılıb. İqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 6-cı iclasının bu istiqamətdə birgə atılan səylərə töhfə verəcəyinə əminlik ifadə olunub.

Böyük Britaniyanın 35 milyard ABŞ dollarına yaxın sərmayə yatırımı ilə Azərbaycanda ən böyük xarici investor olduğu bildirilib.

İki ölkə arasında enerji sahəsində əməkdaşlığın yüksək səviyyəsi təqdir edilib, bu baxımdan BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan tərəfdaşlığın əhəmiyyəti xüsusi vurğulanıb.

Cənub Qaz Dəhlizi kimi enerji təhlükəsizliyi layihələri uğurlu enerji əməkdaşlığının nümunəsi kimi dəyərləndirilib.
Azərbaycanın 2027-ci ilə qədər Avropaya qaz təchizatının iki dəfə artırılması planları barədə məlumat verilib. Bu istiqamətdə BP şirkəti ilə əməkdaşlığın davam edəcəyinə ümidvarlıq ifadə olunub.

Eyni zamanda, iki ölkə arasında bərpaolunan enerji sahəsində əməkdaşlığın gündəliyində duran məsələlər müzakirə edilib. BP ilə həyata keçiriləcək Cəbrayılda 240 MVt gücündə günəş enerjisi layihəsinin ölkəmizin “yaşıl” enerjiyə keçid istiqamətində səylərinə mühüm töhfə verəcəyi bildirilib.

Görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri barədə məlumat verildi.
Hazırda həmin ərazilərdə həyata keçirilən layihələrə, xüsusilə minatəmizləmə işlərinə bir neçə Böyük Britaniya şirkətinin cəlb olunduğu bildirilib.

Tərəflər nəqliyyat sahəsində əməkdaşlığın perspektivlərini nəzərdən keçirdilər. Azərbaycanın Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrildiyi bildirilib. Son vaxtlar Orta Dəhlizin artan aktuallığına diqqət çəkilərək bu beynəlxalq nəqliyyat marşrutunun Böyük Britaniya hökuməti tərəfindən də maraqla izlənməsi və dəstəklənməsi təqdir edilib.

Tərəflər, həmçinin humanitar əməkdaşlığı nəzərdən keçiriblər, təhsil sahəsini bu kontekstdə vacib istiqamət kimi dəyərləndiriblər.

Görüş zamanı iki ölkə arasında qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə əməkdaşlığın perspektivləri müzakirə olunub.

Paylaş:
157

Son xəbərlər

“Sonsuz qardaşlıq- III” çoxmillətli təlimi davam edir - VİDEOBu gün, 17:07Ceyhun Bayramov Əlcəzairin yeni səfirini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıbBu gün, 16:59COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilibBu gün, 16:45AzInTelecom “Chain Reaction 2024” tədbirində iştirak edib - FOTOBu gün, 16:31Kapital Bank-ın 150 illiyinə özəl keçirilən lotereyanın ikinci tirajı yekunlaşdıBu gün, 16:11Azərbaycanda 10 min nəfər “4Sİ Akademiyası” çərçivəsində ödənişsiz kurslardan yararlanıbBu gün, 16:02“Formula 1 Azərbaycan Qran-Prisi”nə saxta bilet satan şəxs saxlanılıb - VİDEOBu gün, 15:54Azərbaycana diş implantlarının bəyan edilmədən gətirilməsinin qarşısı alınıbBu gün, 15:39“INMerge” Innovasiya Sammitına 1 ay qaldı!Bu gün, 15:27COP29-la əlaqəli “Fərqlilik yaradanlar” adlı qlobal kampaniyaya başlanılıbBu gün, 14:59Azərbaycanın sərhədlərində gözləyən yük avtomobillərinin sayı açıqlandıBu gün, 14:51Səhiyyə Nazirliyi Ağdərə rayonunda əhali üçün səyyar müayinələr təşkil edibBu gün, 14:27AFFA nümayəndəsi UEFA-dan təyinat alıbBu gün, 14:14Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 14:07Nöqsanlara görə işdən çıxarılan bağça müdirlərinin sayı açıqlanıbBu gün, 13:49Ceyhun Bayramov Ermənistanla sülhə təhdid törədən əsas amilləri Lüksemburq XİN rəhbərinin diqqətinə çatdırıbBu gün, 13:28FHN: Ötən sutka ərzində 72 halda yanğına çıxış olubBu gün, 13:13Cümə günü hava necə olacaq? - PROQNOZBu gün, 13:02Azərbaycanda ilk dəfə “Moruq Festivalı” keçiriləcəkBu gün, 12:17Bakıətrafı qəsəbələrin ictimai nəqliyyat problemi - Vəziyyəti yaxşılaşdırmaq üçün hansı addımlar atılmalıdır?Bu gün, 12:13
Bütün xəbərlər