Baş Prokurorluq binalarda quraşdırılan elektrik, su və qaz sayğacları ilə bağlı vətəndaşlara müraciət edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Baş Prokurorluq binalarda quraşdırılan elektrik, su və qaz sayğacları ilə bağlı vətəndaşlara müraciət edib

17:20 - 07 / 12 / 2023
Baş Prokurorluq binalarda quraşdırılan elektrik, su və qaz sayğacları ilə bağlı vətəndaşlara müraciət edib

Baş Prokurorluq çoxmənzilli binalarda elektrik, su və qaz sayğacları quraşdırılması ilə bağlı vətəndaşlara müraciət edib.

1news.az xəbər verir ki, müraciətdə "Mənzil-tikinti kooperativi (MTK) mülkiyyətçilərdən çoxmənzilli binalarda elektrik, su və qaz sayğaclarına və onların quraşdırılmasına görə vəsait tələb edə bilərmi?" sualına aydınlıq gətirilib.

Qeyd edilib ki, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə və “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikası Qanununun 31-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar üçün sayğac təchizatçı müəssisənin vəsaiti hesabına təchiz edilir və quraşdırılır.

Sözügedən qanunvericilik aktlarının tələblərinə görə hüquqi şəxs olan istehlakçı üçün sayğac onun öz vəsaiti hesabına təchiz edilir və quraşdırılır.

Həmçinin, adıçəkilən qanunların müvafiq olaraq 8-ci, 13-cü və 23-cü maddələrinə uyğun olaraq, yaşayış binaları sayğaclarla təchiz edildikdən sonra istismarına icazə verilə bilər.

Eyni zamanda, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 102.2-ci maddəsinə əsasən istismara icazə tikinti obyekti müayinə edildikdən (tikinti obyektinə baxış keçirildikdən) və onun müəyyən edilmiş tələblərə uyğunluğu təsbit edildikdən sonra verilir.

Bu baxımdan, sayğaclara və onların quraşdırılmasına görə xərclər bina tikintisinə çəkilən ümumi xərclərin tərkibinə aid edilməklə, mənzilin satış qiymətinə və ya pay haqqına daxil olunmalıdır.

Paylaş:
203

Son xəbərlər

MDB regionu üzrə turizm əlaqələri müzakirə edilibBu gün, 14:02Mastercard VIII Beynəlxalq Bankçılıq Forumunda qlobal sponsor olaraq iştirak edibBu gün, 13:48Sahibsiz heyvanlar qatarların hərəkətinə təhlükə yaradır - ADY-dən ÇAĞIRIŞBu gün, 13:35Bakıda NATO-nun təlim kursu keçirilibBu gün, 13:08Harvard Universitetinin “Growth Lab” Mərkəzi Azərbaycanda həyata keçirilən əməkhaqqı islahatlarını yüksək qiymətləndiribBu gün, 12:49Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33“PAŞA Holding”in dəstək göstərdiyi “Holberton School Azerbaijan” məktəbinin ikinci məzun günü baş tutub - FOTOBu gün, 12:14“Azərkosmos”un nizamnamə kapitalı 75 milyon manat artırılıbBu gün, 12:12CodeForFuture — İT sahəsində Azərbaycan tələbələrinin uğura gedən yoluBu gün, 12:09Bakıda Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Sen Martin adasına həsr olunmuş beynəlxalq konfrans keçirilibBu gün, 11:58İlham Əliyev Finlandiya Prezidentinə təbrik məktubu göndəribBu gün, 11:39Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin rəhbərliyi ilə İctimai Şuranın üzvləri arasında görüş keçirilib.Bu gün, 11:32Suriyada son vəziyyət: Hama vilayətinə nəzarət edən rejimə qarşı qruplar Homs istiqamətində irəliləyirBu gün, 11:24Daha 4 şirkət xidmətlərini SİMA vasitəsilə rəqəmsallaşdırdıBu gün, 11:14Azərbaycanlıların qayıdış hüququna həsr olunmuş beynəlxalq konfransın yekun sənədi qəbul edilibBu gün, 11:08Sumqayıt və Lənkəranda növbəti güzəştli mənzillərin satışına start verilibBu gün, 11:02Koroğlu Rəhimov küçəsində obyektin parkinqinə çevrilən piyada səkisi - Hansı tədbirlər görüləcək? - FOTOBu gün, 10:58Agentlik: İcbari tibbi sığorta hesabına 690 mindən çox fizioterapiya xidməti göstərilibBu gün, 10:35Beyləqanda avtomobillər toqquşubBu gün, 10:33Bələdiyyəyə namizədlərin qeydə alınması üçün zəruri seçki sənədlərinin DSK-ya təqdim edilməsinə başlanılırBu gün, 10:02
Bütün xəbərlər