Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan var | 1news.az | Xəbərlər
Cəmiyyət

Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan var

11:09 - 07 / 12 / 2023
Horadizdə əkin işləri aparan traktor minaya düşüb, xəsarət alan var

Dekabrın 7-də saat 10 radələrində Füzuli rayonu Horadiz kəndi ərazisində təsəfərrüfat sahəsində əkin işləri aparan traktorun minaya düşməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan 1news.az-a bildirilib ki, traktorun sürücüsü 1994-cü il təvəllüdlü Həsənli Zamin xəsarət alıb.

O, polis əməkdaşlarının köməyi ilə ərazidən çıxarılaraq xəstəxanaya təxliyyə edilib.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər