Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib

16:38 - 08 / 12 / 2023
Hərbi qulluqçulara növbəti daimi mənzillər verilib

Dekabrın 8-də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində daimi mənzillərin verilməsi ilə bağlı püşkatma mərasimi keçirilib.

1news.az xəbər verir ki ,əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Tədbirdə hərbi qulluqçuların ailə üzvləri, nazirliyin müvafiq qurumlarının nümayəndələri və media mənsubları iştirak ediblər.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qullquçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” 28 dekabr 2011-ci il tarixli Fərmanının icrasının təmin edilməsi məqsədilə yaradılmış komissiya tərəfindən 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçuların böyük bir qrupuna daimi mənzillərin verilməsi ilə bağlı bu gün növbəti püşkatma keçirilir.
Mənzillər xidmətdə olan və ehtiyata buraxılmış hərbi qulluqçulara, eləcə də vəfat etmiş hərbi qulluqçuların varislərinə ailə tərkibi nəzərə alınmaqla "Daimi mənzillərin verilməsi üzrə mənzil komissiyası" tərəfindən verilib.
Növbəti püşkatma nəticəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin balansından 28 mənzil, habelə Mənzil İnşaat Dövlət Agentliyinin balansından 445 mənzil, ümumilikdə isə 473 mənzil növbəlik prinsipinə əsasən hərbi qulluqçular arasında bölüşdürülüb.

Qeyd edək ki, hərbi qulluqçuların ailələrinə Abşeron rayonu, Bakının Sabunçu və Suraxanı rayonlarında müvafiq sahəsi olan mənzillər şəffaflıq və ədalətlilik prinsipi əsasında verilib.

Paylaş:
363

Son xəbərlər

İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14Bakı-Qazax yolunda yük maşını ilə avtobus toqquşub, xəsarət alan varBu gün, 13:09Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:03Növbəti köç karvanı Cəbrayıl şəhərinə çatıb - FOTO - YENİLƏNİBBu gün, 12:54Yaşıllıqları qanunsuz kəsməyə görə cərimələr dəyişir, cəzalar sərtləşdirilirBu gün, 12:38
Bütün xəbərlər