“Bakı Metropoliteni”dən qatar maşinisti olmaq istəyən xanımlara fürsət
“Bakı Metropoliteni” QSC qatar maşinisti olmaq istəyən, həmçinin qərar vermək üçün tərəddüd edən xanımlar yeni fürsət imkanı yaradır.
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, xanımların bu sahədə uğur qazanmasının mümkünlüyünü, onların bu mənada kişilərdən geri qalmadığını bir daha əyani nümayiş etdirmək üçün metropolitenin Təlim-tədris mərkəzində açıq qapı günü keçiriləcək.
Açıq qapı günündə iştirak edəcək xanımlara metropolitenlə bağlı ümumi məlumatları almaq, bir çox sahələrlə ətraflı tanış olmaq, ən əsası, mərkəzin əsas guşəsi olan qatar trenajoru barədə müfəssəl məlumat almaq imkanı yaradılacaq. İştirakçılara maşinist peşəsinin sirləri, iş rejimi barədə və digər faydalı məlumatlar təqdim ediləcək. Metropolitenin sahə üzrə rəhbər və mütəxəssis heyəti maraqlananlarla fikir mübadiləsi aparacaq və onların suallarını cavablandıracaq.
Görüşdə Bakı metropoliteninin qatarlarını idarə edən maşinist qadın Türkan Bəylər də iştirak edərək, tövsiyələrini verəcək, müdavim kimi kurs zamanı topladığı təcrübə və tədris prosesi barədə fikirlərini paylaşacaq.
Qeydiyyat üçün (012) 4900101 (daxili – 17-29) stasionar, (050) 2781811 mobil rabitəsindən, eləcə də [email protected] elektron poçt ünvanı ilə müraciət etmək mümkündür.
Bu, gələcəkdə karyera qurmaq istəyən xanımlar üçün əla fürsətdir.
Fürsəti qaçırmayın!
Metropolitenin Təlim-tədris mərkəzinin devizi dəyişməzdir: “Gələcəyə bizimlə addımla”